22 May 2019

Cənab Rüstəmxanlı, hələ gözlə sən, Ayətuallah Xameneinin ayaqlarına düşəcəksən

Biz indiyədək Rüstəmxanlıya bunu izah etməyə çalışırdıq ki, ay bala, gəl İsrial səfirliyinə uyma, ABŞ şeytandır, şeytana aldanma
Sabir Rüstəmxanlının bu yaxınlarda ad günü oldu. Bu münasibətlə ondan müsahibə aldılar. Müsahibəsində deyib ki, ən içdən və səmimi qəlbdən olan təbriki xanımından alıb. Amma mən düşünürəm ki, ən səmimi "təbrik" məzlum xalqın, vaxtilə onu deputat seçən (?!) insanların və ən əsas vicdanın səsidir.

Rüstəmxanlı bu müsahibəsində bizi əməlli-başlı "şoka salıb." Bir həqiqəti gec də olsa anlayıb. Əslində gec də deyil. İran ruhaniləriylə olan yersiz, faydasız, kor-koranə, ABŞ səfirliyini sevindirəcək çıxışları, "mübarizəni", mövqeyi kənara qoysa görər ki, nə qədər ABŞ-İran müharibəsi başlamayıb haqqı tapmalıdır. Haqqı tapmaqda səy etmk, tələsmək vacib işdir.

Sabiq deputata, qatı irqçiyə, radikal pantürkə sual veriblər ki, sizin ABŞ-İran müharibəsi barədə şayələrə fikriniz nədir? Konkret olaraq deyib ki, əleyhinəyəm. Sözünü də belə əsaslandırıb ki, ABŞ sayəsində hazırda İraq üç hissəyə parçalanıb: şiə-sünnü, ərəb və kürdlər. Daha sonra deyir ki, mən ABŞ-da onların planlarıyla tanış oldum (nə qədər inandırıcıdırsa) gördüm ki, onların hərbi universitetlərinin hesablamaları, planları səhvdir. O da bundan ibarətdir ki, onlar gələcəkdə cənubi Azərbaycanın bir hissəsi, Urmiya və Naxçıvandan ibarət Kürdüstan dövləti düzəltməyə çalışırlar. Güya Sabir Rüstəmxanlı bundan sonra onların bu planını bəyənməyib və deyib ki, əgər niyyətiniz türk məmləkətində kürd dövləti qurmaqdırsa onda mən İran mollalarının ətəyindən yapışaram. Rüstəmxanlını hansı siyasi və ya hərbi mövqeyinə görə ABŞ belə bir şeytani vəsvəsədən (plandan) xəbərdar edib, bunu bilmirik, amma onun səhvi onda olub ki, indiyədək molla ətəyindən yapışmayıb. İran mollasının ətəyindən yapışmaması da daha ciddi səhvdir. SABİR RÜSTƏMXANLI İNDİYƏDƏK ANLAMAYIB Kİ, BƏYƏNMƏDİYİ IRAN İSLAM RESPUBLİKASININ ALİ DİNİ LİDERİ (ONUN DİLİYLƏ DESƏK İRAN MOLLASI) SABİR YOX, YÜZ DƏNƏ SABİR BEYNİNDƏN ÜSTÜN BİR ZƏKAYA MALİKDİR. ÇÜNKİ SABİR İNDİLƏRDƏ AMERİKANIN ÇİRKİN MƏQSƏDLƏRİNDƏN XƏBƏRDAR OLUBSA, 40 İL BUNDAN ƏVVƏL İMAM XOMEYNİ RƏHMƏTLİK ABŞ-I ŞEYTAN ADLANDIRMIŞDI. İndilərdə Ayətullah Xamenei də həmin fikri təsdiqləyir və bir addım da olsa geri çəkilmir. Sabir isə indi anlayıb ki, türk məmləkətindən türkləri qovub kürdlərə vermək haqsızlıqdır. NECƏ Kİ, ABŞ VAXTİLƏ FƏLƏSTİNLİLƏRİ QOVUB ÖLKƏNİN BİR HİSSƏSİNİ İSRAİL SİONİSTLƏRİNƏ PEŞKEŞ ELƏDİ. ONUN BU SİYASƏTİNİ LƏNƏTLƏYƏN İRANA DA BUNDNA ÖTRÜ XÜSUSİ TƏŞƏKÜKR DÜŞÜR.

TƏƏSSÜF Kİ, SABİR RÜSTƏMXANLI BİR HƏQİQƏTİ ANLASA DA TAM ANLAMAYIB. ONUN BU DƏQİQƏ İRAN MOLLALARININ AYAĞINA ATAN TÜRKÇÜLÜYÜDÜR. YƏNİ ƏRDOĞAN KİMİ (BAŞQA BİR TÜRK) QUYRUĞU QAPI ARASINDA QALIB, DÜŞÜNÜR Kİ, İRANIN GUNEYİ, TÜRKDİLLİLƏRİ, AZƏRBAYCAN TORPAQLARI ƏLDƏN GEDİR, KÜRDLƏRƏ QİSMƏT OLUR, AYƏTULLAH XAMENEİNİN AYAQLARINA DÜŞMƏYƏ ÇOXDAN HAZIRDIR. Ərdoğan da Bəşar Əsədi devirmək istəyirdi, Türkiyədə toy-bayram edirdi. Amma sonra gedib Ayətullah Xameneinin ayaqlarına düşdü. Rüstəmxanlı isə nahaq kürd-türk söhbəti salır. Onun müqabilində Allah bəndəsi olan Ayətullah Xamenei "türk də fars kimi, fars da türk kimi bir-birinə qardaşdır" demişdi. Yəni İslam dini milliyyət, irq söhbəti salmadığı kimi Ayətullah Xamenei də İslam alimi olduğu üçün bu həqiqəti gözəl bilir.

Biz indiyədək Rüstəmxanlıya bunu izah etməyə çalışırdıq ki, ay bala, gəl İsrial səfirliyinə uyma, ABŞ şeytandır, şeytana aldanma. Halbuki bizim kimi sadə insanlar da, bu strategiyanı öz din rəhbərlərindən əxz eləyib. O, İSƏ NƏİNKİ AYƏTULLAH XAMENEİYƏ SİYASƏT, VƏTƏN, TORPAQ, MİLLİYYƏT DƏRSİ KEÇMƏK ÜÇÜN LAZIMİ SƏVİYYƏYƏ MALİK DEYİL, HƏTTA BİZİM İLLƏRDİR İRAN İSLAM RESPUBLİKASI SAYƏSİNDƏ ABŞ-I ŞEYTAN KİMİ TANIMAĞIMIZA BAXMAYARAQ O, ABŞ-I CƏNUBİ AZƏRBAYCANLILARIN MƏLƏYİ HESAB EDİRDİ.

Sonda Rüstəmxanlıya demək istəyirik ki, cənab Rüstəmxanlı, siz darıxmayın, hələ bu harasıdır, İran mollalarının, xüsusən də Ayətullah Xameneinin ayaqlarına çox düşəcəksən. Əlbəttə ABŞ-ın İrana hücum etməsi mövzusunda yox. ABŞ bu qələti edə bilməz. Sadəcə gün gələcək, yaşa dolduqca, qocaldıqda həqiqətləri dərk etməyə başlayacaqsan.


866 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP