08 Oktyabr 2019

İlham Əliyevin dərdi: Beynəlxalq hüquq işləsə də o narahatdır, işləməsə də

İlham Əliyev – hamımızın gözəl bildiyi kimi – yerli mətbuata müsahibə vermir. Yalnız rus kanalları, jurnalları, bir də nə dərəcə də yerli saymaq olarsa, əmisi Cəlal Əliyevə rəhmət oxutduran bir zurnalistə müsahibə verir. Bu yaxınlarda ənənəsinə sadiq qalaraq Rusiyanın “Rossiya” və Birinci” kanallarına müsahibə verib. Müsahibəsində isə belə bir ifadə yer alıb: “Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. ” 

Bu cümlələri diqqətlə oxuyanda, yaxud eşidəndə görürsən ki, Əliyev nədən şikayət edibsə hamısı özündə vardır. Adamın da dərdi budur ki, dünyadakı Beynəlxalq hüquq işləyəndə də o narahat olacaq, işləməyəndə də narahatdır.

Beynəlxalq hüquqa riayət edilməməsinin səbəbi budur ki, hüquqdan danışanlar hüquqsuzluq edirlər. BMT, ABŞ, Avropa ölkələri dünyada müsəlmana zülmlər edirlər. Neft ölkələrinə qanunsuz olaraq soxulur, ya da qanunsuz soxulmalarına qanuni don geyindirirlər. Dünya da bu insanlara inanmır. Yəməndə, Suriyada, Fələstində illərdir baş verənlər buna sübutdur. Elə Əliyevin özü də hüquqa riayət etməyən insanlardandır. Sadəcə BMT salonlarında bir nəfər tapılmır ki, “sən özün ölkəndə hüquqa riayət edirsənmi?” sualını Əliyevin altı qırışlanmış gözlərinin altındakı şişqa yanaqlarına sillə kimi çırpsın.

Düzdür, hamı bilir ki, Əliyevlər heç zaman xalqı sevməyib, hər zaman xalq ata və bala Əliyevlərdən əziyyət çəkib. Bunlar torpaqları emrənilərə peşkeş edib hakimiyyəti qəsb ediblər. Amma zahirdə də olsa Əliyev Qarabağı almağı çox arzu edir. İki səbəbə görə. Birinci, əgər Qarabağı müzəffər ordumuzun hesabına alsalar bunu Heydər Əliyevin siyasətinin uğuru hesab edəcəklər və İlham Əliyev hörmətə minəcək. İkincisi isə işğaldan azad olunan ərazilərə yeni qurd məmurlar təyin olunacaq ki, xalqı bir az daha çox soya bilsinlər. Bütün bunlara görə o, Qarabağı almaq arzusundadır.

Deyir ki, 25 ildən artıqdır ki, qətnamələr kağız üzərində qalır. Eyniylə Əliyevlərin 25 ildir saxta seçkilərlə hakimiyyətdə qalması kimi. Adam anlamır ki, Qarabağın azadlığı YAP rədd olub gedəndən sonra bəlkə mümkün ola bilər.

Azərbaycan rüşvət, hüquqsuzluq, saxtakarlıq, talançılıq, oğurluq və s. fitnələr əlindən zərər çəkir. AZTV kimi telekanalizasiyalarda bütün günü Əliyevlərin olmayan uğurundan danışırlar, 25 ildir ki, bu ailə xalqa müsəllət olub, xalqın boğazından əl çəkmir. Kimlər bir az özündə cəsarət tapıb etiraz edirsə Əliyevin qoçuları, onu hakimiyyətdə saxlayan polislər ac canavar kimi hücum çəkib onları ya döyür, ya bölməyə aparıb əziyyət edirlər.
Əliyevə BMT zallarından bir nəfər tapılıb deməlidir ki, ay nadan, sən hansı hüquqdan danışırsan ki, xaricdə səni tənqid edənlərin ana-bacısını polis bölməsində təhdid və işgəncə edirsiniz? Sən hansı hüquqdan danışırsan ki, həbsxanaları xalqın ən pak insanları olan ruhanilərlə, dindarlarla doldurmusan. Sən hansə hüquqdan danışırsan ki, dövlətdə özünün təyin etdiyin məmurlara sözün keçmir. Hansı hüquqdan danışırsan ki, xalqın pullarını oğurlayıb ailənizə haram tikə aparır, onlara kasıbdan oğurladığınız pullarla pal-paltar alırsınız. Sən hansı hüquqdan danışırsan ki...?

Əliyevə Allah - etdiyi nahaqlar ucbatından elə bir dərd verib ki, hüquq işləməsə, bu, onu zərərinədir. Çünki o, müharibədən qorxur, var-dövlətini itirəcəyindən qorxur. Ətrafına yığılan ac qurdlar, adam cildinə girmiş yırtıcların ailə biznesləri çökəcək. Qarabağ alınmadıqda isə Əliyevlərin 25 illik yalanları ifşa olur. Bu, onu narahat edir. Digər yandan hüquq işləsə yenə o, narahat olacaq. Çünki hüquq işləsə, dünyadakı hüquq hamilərin, insan haqları təşkilatları ona deyəcək ki, ölkədə nə qədər şərləyib həbs etdirdiyin insanlar varsa azadlığa burax. Mandatları pulla satılan deputatxana buraxılsın, şərxətə məmurlar həbs edilsin. Belə olsa birinci mühakimə edilən Əliyevlərin özləri olacaq. Bu da onu ciddi narahat edir.

Allahın bir dərdidir ki, Əliyevi bu dərdə mübtəla edib.


57 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP