Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2019

Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb - Dronların hücumu nəticəsində

Pilotsuz uçan aparatların Saudi Aramco şirkətinin neft obyektlərinə hücumu sutkalıq neft hasilatının 5,7 milyon barel azalması ilə nəticələnib. OPEC-in məlumatına görə, 2019-cu ilin avqustunda Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barrel neft istehsal edirdi.

Saudi Aramco hücuma məruz qalmış müəssisələrdə yanğınların lokallaşdırıldığını təsdiqləyib. Şirkətin rəhbəri Amin Nasserin sözlərinə görə, aviahücumlar zamanı zərər çəkən olmayıb. Hazırda hasilatın bərpa olunması istiqamətində iş aparılır.

Şənbə gününə keçən gecə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücumu nəticəsində güclü yanğın baş verib. Yəmən ordusu bildirib ki, zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib.
540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP