Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2019

Mədinədə Quba məscidinin xətibi İmam Hüseynin (ə) qatillərinə lənət oxudu

Mədinə şəhərində İslamın ilk məscidi sayılan Quba məscidinin imamı və xətibi Saleh əl-Məğaməsi Ərəbistanın “MBC” peyk telekanalında vurğulayıb ki, İslamın böyük məzhəblərinin yekdil nəzərinə əsasən, Əba Abdullah Hüseyn (ə) imam və şəhiddir.
Əl-Məğaməsi deyib: “Şiə qardaşlar onu (İmam Hüseyni) şəhid imam adlandırırlar. Onun imam olması ilə bağlı, and olsun Allaha, heç bir ağıllı insan onun imam olmasını inkar etməmişdir və bu barədə heç bir ixtilaf yoxdur. Çünki o, hər bir yaxşı əməllərdə imamdır, təqva, elm və iffətdə imamdır. Onun şəhid olması barədə də heç bir fikir ayrılığı yoxdur. Çünki and olsun Allaha, o, zülm və ədalətsizliklə öldürülən bir şəhiddir.”
Dünya tarixinin ən qədim məscidi Qubanın imam və xətibi İmam Hüseynin (ə) qatillərinə lənət oxuyaraq deyib: “Allahın lənəti olsun Hüseyni qətlə yetirən kəsə, Allahın lənəti olsun onun qətlinə fərman verən kəsə, Allahın lənəti olsun onun qətlinə razı olan kəsə.”
268 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP