Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2019

Təl-Əviv regionda İranın gücünə görə narahatdır

“Le Monde” Amerikanın öz qüvvələrini Suriyadan çıxarmasına işarə edərək, Təl-Əvivin regionda İranın qüdrətinin artacağına görə narahatlığını təhlil edib.

Fransa qəzeti yazıb: “ABŞ prezidenti Donald Trampın öz qüvvələrini Suriyadan çıxarmaqla bağlı qərarı daxili və xarici tənqidlərlə üzləşdi. Demokratlardan əlavə respublikaçılardan da Trampa qarşı təpkilər gəldi və bu qərarı region üçün böyük təhlükə saydılar.
Bu arada “İsrail”in qondarma baş naziri sionist Binyamin Netanyahu İŞİD sərkərdəsi Əbu Bəkr əl-Bağdadinin öldürülməsinə görə üzdə Amerikanı təbrik etsə də, bundan bir növ narahatdır. Netanyahu belə düşünür ki, Amerika öz qüvvələrinin hamısını Suriyadan çıxartsa, bu rejimin regionda əsas rəqibi olan İran qonşu ölkələrdə nüfuzunu genişləndirəcək.”

Qəzet bildirib ki, İran İslam Respublikası bir neçə ölkədə geniş nüfuza malikdir və bu mövzu “İsrail”i narahat edir. “İsrail” bundan əvvəl bir neçə dəfə İranın Suriyadakı mövqelərini vurduğunu iddia etmişdi. İndi isə Amerika qüvvələri olmadığı bir vaxtda İranın bu hücumlara cavab verəcəyindən qorxur.

“Le Monde” öz təhlilinin sonunda yazır ki, son vaxtlar ABŞ prezidentinin Tehranla müzakirə istəyində olması “İsrail”in narahatlığını daha da artırıb.
111 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP