Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2019

Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi

Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkim güllələnib.

Oxu.az xəbər verir ki, hadisənin tibb mərkəzinin digər həkimi tərəfindən törədildiyi bildirilib.

Məlumatlara görə, hadisə mübahisə zəminində baş verib.

Cəlal adlı türkiyəli həkim üzərindəki silahdan azərbaycanlı həkimə atəş açaraq hadisə yerindən qaçmaq istəyib. Ancaq o, yaxınlıqdakı polislər tərəfindən saxlanılıb.

Bakırköy Sadi Konur dövlət xəstəxanasına çatdırılan azərbaycanlı həkimin vəziyyətinin ağır olduğu qeyd edilib.
525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP