Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2019

Yəmən qüvvələri sionist rejimin işğal etdiyi ərazilərin hər yerini vurmağa qadirdir

Yəmən Ənsarullah Hərəkatı Siyasi Ofisinin üzvü Məhəmməd əl-Buxəyti ölkəsinin işğal edilmiş Fələstin ərazilərinin hər yerini vurmağa qadir olduğunu bildirib.
“Əl-Məyadin” telekanalına müsahibə verən Məhəmməd sionist rejimin hər hansı təcavüzünə cavab verməyə qadir olduğunu vurğulayaraq deyib: “Ərəbistanın mərkəzini vura biliriksə, işğal edilmiş Fələstin ərazilərini vurmaq bizim üçün problem deyil.”
Siyasi Ofisin üzvü əlavə edib: “Yəmənə təcavüz etmək Ərəbistan və BƏƏ-nin xeyrinə deyil, Amerika və sionist rejim maraqlarına xidmət edir.
Yəmən hal-hazırda sionist rejimin hər hansı təcavüzünə birbaşa cavab verməyə və işğal edilmiş ərazilərin hər bir yerini vurmağa qadirdir.”
Məhəmməd əl-Buxeyti bunu sionist rejimin baş naziri Binyamin Netanyahunun Yəməndə hədəfi vuran rakerlərin yerləşdiyini iddia etməsinə cavab olaraq demişdir.
182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP