Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2020

Rus hərb maşını sürət və çevikliyi ilə dünyanı növbəti dəfə mat qoydu

24 saatdan da az bir vaxtda 100 həkim laboratoriyaları ilə birlikdə İtaliyada “peyda oldu”

Koronavirusla mübarizə çərçivəsində Rusiyanın İtaliyaya verdiyi dəstək bütün dünyanı növbəti dəfə mat qoyub. Belə ki, İtaliya baş nazirinin köməklə bağlı Putinə ünvanladığı müraciətdən 24 saat keçməmiş 100 rus tibbi mütəxəssisi laboratoriya və digər zəruri təchizatları ilə birlikdə İtaliyada peyda olub. Cəmi bir gecədə, anidən yığılan qrupun 24 saatdan az bir vaxtda Rusiya hərbi təyyarəsi ilə İtaliyaya göndərilməsinin təmin olunması, bütün dünyda rus hərb maşınının hədsiz çevikliyi kimi qiymətləndirilməkdədir.

Rusiyalı mütəxəssislərin italyan həkimlərinə koronavirusla bağlı tədqiqatların aparılması və müalicə prosesində dəstək verəcəyi gözlənilir.

Məlumat üçün qeyd edək ki, Rusiyanın həkim briqadasına əsasən bu ölkənin görkəmli virusoloqları daxildir. Hansı ki, onlar bu günə qədər bir sıra xəstəliklərin tədqiqi və müalicəsində yaxından iştirak ediblər, bu sahədə böyük təcrübəyə malikdirlər.
108 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.04.20, 11:54
Çində matəm elan edildi
02.04.20, 07:53
Kəlbəcərsiz 27 il...
Go to TOP