Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2020

Rusiyada koronavirusa yoluxanların sayı 232 000-i ötdü

Rusiyada son bir gündə 10 899 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 232 243 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 107 nəfər artaraq 2 116-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 43 512 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 392.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
98 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP