Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2020

Ənsarullah Hərəkatının sədri İslam ümmətini Amerika və sionist rejimi məhsullarını boykot etməyə çağırıb

Yəmən Ənsarullah Hərəkatının sədri Beynəlxalq Qüdsü Gününü İslam ümmətinin Fələstinə dəstək vermək üçün vəzifəsinin xatırlanması günü adlandırıb.

Əbdülməlik əl-Husi “Müqavimət liderləri birlikdə” verlişində deyib: “Beynəlxalq Qüds Günü İslam ümmətininin öz ilkin vəzifəsi olan Fələstin məsələsini xatırlamaq üçün çox önəmli münasibətdir.
Biz Fələstin xalqını dəstəkləməkdə Yəmən xalqının mövqeinə təkid edirik və bu dini, əxlaqi və insani bir vəzifədir.”

Ənsarullah liederi əlavə edib: “Yəmən xalqı Məscidul-Əqsa və digər müqəddəs məkanlarda əməli mövqelər seçmək üçün müqavimət cəbhəsinin yanında olduğunu açıqcasına elan edir.
Biz düşmənlə hər hansı sazişi pisləyirik, onu qanuni və dini baxımdan haram hesab edirik.”
Yəmən Ənsarullah Hərəkatının sədri bütün müsəlmanları ABŞ və sioinst rejim məhsullarını boykot etməyə çağıraraq deyib: “Biz sionist rejim və Amerika məhsullarının boykot olunmasını və sazişə qarşı çıxılmasını istəyirik. Biz istəyirik ki, İslam ümməti oyansın və ayağa qalxsın.”
59 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP