Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2013

Məşhur qari Təntavi vəfat etdi

Şeyx Məhmud Əmin Təntavi – Misirin tanınmış və beynəlxalq şöhrətli Quran qarisi və Əl-Əzhər Universitetinin Quran Çapına Nəzarət komitəsinin rəisi, sentyabr ayının 16-da Qahirədəki evində dünyasını dəyişib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "vetogate" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Şeyx Məhmud Təntavi 83 yaşında vəfat edib. O, ana vətənində, Misirin Əş-Şərqiyyə əyalətinin (منيا القمح) "minya el-qumh" məntəqəsində dəfn edilmişdir.
O, 1930-cu il noyabr ayının 30-da Misirdə anadan olmub. On yaşı tamam olmamış bütün Quranı əzbərləyib və Quran elmlərinə yiyələnmişdi.
1960-cı ilədək Quran elmləri və Qiraət institutunda oxuyub. Quran elmləri və qiraət üsulu haqqında kitablar yazıb.
O, 22 il müddətində Malaziyanın beynəlxalq Quran yarışlarının hakimi olub.
<