Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2013

İmam Rizanın (ə) bir kanadalıya lütfü

Bəli, İmam Rizanın (ə) lütf zaman və məkanla məhdudlaşmır. İmam hidayət çırağıdır, bu çıraqdan məsihi də, yəhudi də, müsəlman da faydalanır. İmam pak fitrətləri Allaha doğru yönəldir. Onu səmimi bir şağırışla səsləmək bəs edir.
Haqqında danışacağımız hadisə höccətül-islam Mehdi Ənsarinin “İmam Rizanın (ə) kəramətləri haqqında böyüklərin söhbəti” kitabında yer alıb. Bu hadisə şəmsi 1372-ci ildə baş verib. İmam Rizanın (ə) hərəmində İnqilab meydanında 35 yaşlı bir xarici kənarından ötənlərdən nəsə soruşurdu. Onu başa düşmürdülər. Nəhayət, dediklərini anlayacaq bir şəxs tapıldı…


Bu şəxs ingiliscə, özü də Kanadada yayılmış amerika ləhcəsində danışırdı. Öz dilində, gülər üzlə cavab alanda rahat nəfəs dərdi.
-Bağışlayın, Əli ibn Musa Riza haradadır?
Bir az özümü itirdim. Soruşdum:
-Bağışlayın, olar ki, özünüzü təqdim edəsiniz?
-Mən Kanadanın Toronto Universitetinin tələbəsiyəm. Hüquq oxuyuram. Əslən livanlıyam. Amma Kanadada doğulmuşam, məsihiyəm.
-Siz məsihisiniz? – təəccübləndim.
-Bəli, kotolik məsihi.
-Bəs burada nə işiniz var?
-Mən İmam Rizanın (ə) görüçünə dəvət edilmişəm.
-Sizi kim dəvət edib?
-O özü!
Başımı itirmişdim. Ölkədə, xaricdə təbliğat təcrübəm olsa da, belə bir şey eşitməmişdim. İmam kimisə özü dəvət edir! Özü də kanadalı bir məsihini.
-Siz İmamı görmüsünüz?
-Bəli, bir neçə dəfə.
-Şəxsən özünüz?
-Əlbəttə ki, röya aləmində.
-İndi görsəmiz tanıyarsınız?
-Əlbəttə tanıyaram.
Mövzu ciddiləşirdi. Xahiş etdim ki, bir neçə dəqiqə vaxtını mənim ixtiyarımda qoysun, oturub söhbət edək. O, qəbul etdi. Həyəcan vücudumu bürümüşdü, qəlbim şiddətlə döyünürdü.
-Olar ki İmam Riza ilə tanışlığınızın tarixçəsini danışasınız?
Razılaşdı və sözə başladı:
-Bir gecə Toronto küçələrində gəzişirdim. Bir bina qarşısında xeyli adam toplaşdığını gördüm. Maraqlandım, dedilər ki, iranlıların məscididir. Həmin gecə məsciddə dini mərasim vardı. Binaya daxil oldum. Məni görənlər ayağa qalxıb hörmətlə yer göstərdilər. Natiq ingiliscə söhbət edirdi. Mən ilk dəfə idi bir müsəlman alimin dilindən İslam haqqında eşidirdim.
Məsciddən çıxanda hədiyyə kitab payladılar. Mənə də verdilər. Təşəkkür etdim, çox şad idim. Yol boyu natiqin sözləri barədə düşünürdüm. Evə nə zaman çatdığımı hiss etmədim. Paltarımı dəyişib kitabı vərəqləməyə başladım. Hər səhifəni başa vuranda özümdən aslı olmayaraq növbəti səhifəyə keçirdim. Bir sözlə, kitabı başa vurmamış ondan ayrıla bilmədim. Kitan İmam Əli ibn Musa Riza haqqında idi. Onun şəxsiyyəti, gözəl sözləri məni sehrləmişdi. Bir an olsun unuda bilmirdim. Sübhə yaxın yuxu apardı. Yuxuda filmlərdə görmədiyim bir məmləkətdə idim. Burada nurani bir şəxs vardı. Adam ona baxmaqdan doymurdu. Xahiş etdim ki, mənimlə söhbət etsin. Razılaşdı və bir kənarda əyləşdik.
-Mənimlə bir işin var? – soruşdu. Özümü itirmiş vəziyyətdə dedim:
-Təəssüf ki, sizi tanımadım.
-Mən Əli ibn Musa Rizayam.
-Bu adı eşitmişəm, amma harada, bilmirəm.
-Sübhədək oxuduğun kitab mənim haqqımda idi. Sonda Allahdan istədin ki, mənimlə görüşəsən. İndi biz bir yerdəyik.
-Mən sizinlə qalmaq istəyirəm.
-Mənim qonağım ola bilərsən.
-İstəyirəm. Amma sizin ünvanınızı bilmirəm.
-İran – söylədi. Sonra əlavə etdi – Məşhəd şəhəri.
Fikrə getdim. İran barədə eşitmişdim. Amma Məşhəd barədə ilk dəfə idi eşidirdim. Ölkə ilə tanış olmamağım, maliyyə problemi bu səfəri çətinləşdirirdi.
-Mən sizin görüşə necə gələ bilərəm?
-Sizin səfəriniz üçün imkan yaradaram.
Mənə dəqiq ünvan verdi, nümayəndəliklərdən birini tanıtdırdı. Nümayəndəlikdə 4-cü bacaya yaxınlaşıb özümü təqdim etməyi tapşırdı.
Yuxudan oyananda məsələyə ciddi yanaşmadım. Amma eyni yuxu bir neçə dəfə təkrarlandı.
-Nə üçün yola düşmürsən? – soruşdu. Yuxudan dik atıldım. Tər içində idim. Səhərə qədər yata bilmədim. Səhər açıldı, deyilən ünvana getdim. 4-cü bacaya yaxınlaşdım. Mehriban çöhrəli işçi mənə bileti verib, bildirdi ki, uçuşa çox qalmayıb. Biletin pulu ödənmişdi. Biletdə “Toronto-London-Tehran; Tehran-London-Toronto” yazılmışdı.
Kanadalı gəncdən eşitdiklərim bütün vücudumu silkələdi, əsməyə başladım.
-İndicə çatmışam. Taksiyə dedim ki, məni Əli ibn Musa Rizanın evinə apar, o da buraya gətirdi. Onu harada görə bilərəm?
O mənim həyəcanımı görüb təəccübləndi:
-Nə oldu, siz özünüzü pis hiss edirsiniz?
-Yox, mən özümü yaxşı hiss edirəm. Sadəcə Əli ibn Musa Rizanın sizə diqqəti məni heyran qoyub. Çox xoşhalam.
-Axı nə üçün?
-Çünki o ilahi övliyalardandır. Onu tanıyan hər kəs görşünə tələsir.
-Olar ki məni onun yanına aparasınız?
Hərəmə yaxınlaşdıq. Qonağın əşyalarını Gövhərşah məscidinin qarderobuna verdim. Pillələrlə zərihə yaxınlaşanda izdihamı görüb soruşdu:
-Gecənin yarı bu insanlar nə üçün buradadır?
-Onlar da bizim kimi görüşə gəliblər.
-Düşünürdüm ki, o təkcə məni dəvət edib. Bu izdihamda onu necə görmək olar? Mən onunla təklikdə görüşmək istəyirəm.
-Məgər o sizi dəvət etməyib?
-Nə üçün?!
-Demək, özü sizinlə görüşəcək.
-Bəs gəldiyimizi necə xəbər verək?
-Ehtiyac yoxdur, əvvəldə olduğu kimi özü çağıracaq.
O heyrət içində idi. Amma daha heç nə soruşmadı. Zərihə yaxınlaşdıq. O bilmirdi zərih nə olan şeydir. Birdən dilləndi:
-Yəqin ki o çox yüksəkdə oturub.
-Yox, elə deyil.
Birdən həyəcan içində dedi:
-Yoxsa o xəyali bir şəxsdir?
-Yox, o tam həqiqidir. Xəyali şəxs səni dəvət edə bilməzdi, sənə bilet sifariş verib yola salmazdı.
Zərihə yaxınlaşanda soruşdu:
-İnsanlar nə üçün bu barmaqlıqlara sarılıb?
-İmam Riza (ə) bu zərihin daxilindədir.
-Onu görmək olar.
-Bəli.
-Necə?
-Allahı gördüyün kimi.
Bir az fikrə getdi, “bəli” dedi.
-Bu vaxta qədər Həzrət İsanı (ə) görmüsən?
-Bəli, amma yuxuda.
-Əli ibn Musa Riza da eymi şəkildə təcəssüm edəcək. O min ildən artıqdır ki, şəhid edilib.
-Bəs bizimlə necə rabitə saxlayırlar?
-Allahla rabitə necədir? Həzrət Məryəm, həzrət İsa ilə necə rabitə qurursan?
-Bəli, bizdə (qərbdə) psixoloqlar belə bir telepatik rabitədən, ruhi əlaqədən danışırlar.
Onu zərihə yaxınlaşdırdım:
-Burada dayan, İmam özü görüşə gələcək.
Ğzüm dua kitabı açıb onunkənarında oxumağa başladım. Amma bütün diqqətim onda idi. Birdən danışmağa başladı:
-İmam Riza! Mən sizin dəvətinizlə gəlmişəm...
Onun göz yaşları içində raz-niyazı başa çatanda dedim:
-Düşünmürdüm ki, istədiyiniz şəxslə görüşdə belə ağlayacaqsınız.
Maraqlı idi ki, kanadalı gənc İmamla nə danışmışdı? Dedi:
-Mən də belə təsəvvür etmirdim. Amma bu məqəddəslik məni həyəcanlandırdı və sonda eşitdiyim sözlər vücudumu tərpətdi. O buyurdu ki, artıq yorulmusan, get istirahət et, sabah yenə gələrsən. Müvəqqəti ayrılıq məni daha da kövrəltdi.
Kanadalı gənc namaz qılmamış, ziyarətnamə oxumamış hərəmdən çıxdı. Tehran otelində ikinəfərlik otaq götürdüm ki, onunla birlikdə qala bilim. Şamdan sonra soruşdum:
-İmamla nə danışdın?
-Mən ondan soruşurdum, o da cavab verirdi. Dünyadan, axirətdən, bəşəriyyətin gələcəyindən soruşdum. Suallarımı cavablandırıb tapşırdı ki, dünya və axirət səadətinə çatmaq üçün hökmən Quran oxuyum. Mən dedim ki, Quranın adını eşitmişəm, amma bu vaxta qədər oxumamışam. Özü Qurandan bir hissə oxudu. Çox cazibəli idi. Özümdən xəbərsiz ağlayırdım. Qurana heyran oldum. Dedim ki, yəqin mən də nə vaxtsa Quran oxuyub ləzzət ala biləcəyəm. İmam buyurdu:
-Yalnız əsas inanclarını qəbul etdiyin zaman ondan tam bəhrələnə bilərsən.
-İmam, onun əsası nədir? – soruşdum. Cavabında Adəmdən Məhəmmədə qədər peyğəmbər silsiləsini sadaladı. Peyğəmbərin səkkizinci canişi olduğunu söylədi. Buyurdu ki, həzrət İsanı qəbul etdiyim kimi peyğəmbər və canişinlərini də qəbul etməliyəm. Yalnız bu şərtlər daxilində imanım kamil olar, Qurandan bəhrələnərəm.
Mən kanadalı gənci hərisliklə dinləyirdim.
-Ağa sənə