Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Saqqal və bığın faydaları

Bir qədər qəribə görünsə də, saqqal və bığ saxlamaq kişilərin sağlamlığına müsbət təsir edir. Bu araşdırmada saqqal və bığın bəzi faydaları nəzərdən keçirilir. Uyğun mövzuda aparılan son araşdırmalara əsasən, üzün tüklü olması nəinki zərər deyil, hətta faydalıdır. Araşdırmaların son nəticəsi mətbuata açıqlanmasa da mütəxəssislərin qənaəti budur ki, kişilərdə üzün tüklə örtülməsi onların sağlamlığı üçün faydalıdır. “Radiation Protection Dosimetry” jurnalı yazır ki, üzün tükü dərini günəşin zərərli şüalarından qoruyur və üzü tüklü kişilərdə dəri xərçənginə az təsadüf olunur. Tədqiqatçılar müəyyənləşdirib ki, üzü saqqal və bığla örtülən şəxslər ultrabənövşəyi şualara başqaları ilə müqayisədə üç dəfə az məruz qalırlar

Qeyd etdiyimiz kimi, üzün tükü üz dərisini günəş şüalarından qoruyur. Ümumiyyətlə tük üzü ultrabənövşəyi şüalardan 90-95 % qoruya bilər. Nəticədə dəridə qocalmaq prosesi yubanır, dəri xərçəngi ehtimalı minimuma enir.

Bəzi mütəxəssislər düşünür ki, üz tükləri SPF faktorları qədər qoruyucu təsirə malikdir. Üzün tükü nə qədər uzun və sıx olarsa, onun qoruyucu xüsusiyyəti də güclü olar. Bir çox xəstəliklərin səbəbi toz-torpağın nəfəs yollarına daxil olmasıdır. Bu baxımdan saqqal və bığ güclü respiratordur. Bir nəzəriyyəyə görə üz tükləri dəriyə birbaşa nişanlanmış şüaları sındırır və təsirsizləşdirir. Günəş şüası o zaman zərərli olur ki, dəriyə birbaşa yönəlir. Üz tükləri bu şüaya mane olur. Üz tükləri nazik kişilər günəş şüalarının qarşısını almaq üçün xüsusi kremlərdən faydalan bilər.

Üz tüklərinin başqa bir faydası dəri qocalmasına maneçilikdir. Hətta üz dərisi qırışmış şəxslər saqqal və bığ saxladıqda gənc görünürlər.