Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Saqqal və bığın faydaları

Bir qədər qəribə görünsə də, saqqal və bığ saxlamaq kişilərin sağlamlığına müsbət təsir edir. Bu araşdırmada saqqal və bığın bəzi faydaları nəzərdən keçirilir. Uyğun mövzuda aparılan son araşdırmalara əsasən, üzün tüklü olması nəinki zərər deyil, hətta faydalıdır. Araşdırmaların son nəticəsi mətbuata açıqlanmasa da mütəxəssislərin qənaəti budur ki, kişilərdə üzün tüklə örtülməsi onların sağlamlığı üçün faydalıdır. “Radiation Protection Dosimetry” jurnalı yazır ki, üzün tükü dərini günəşin zərərli şüalarından qoruyur və üzü tüklü kişilərdə dəri xərçənginə az təsadüf olunur. Tədqiqatçılar müəyyənləşdirib ki, üzü saqqal və bığla örtülən şəxslər ultrabənövşəyi şualara başqaları ilə müqayisədə üç dəfə az məruz qalırlar

Qeyd etdiyimiz kimi, üzün tükü üz dərisini günəş şüalarından qoruyur. Ümumiyyətlə tük üzü ultrabənövşəyi şüalardan 90-95 % qoruya bilər. Nəticədə dəridə qocalmaq prosesi yubanır, dəri xərçəngi ehtimalı minimuma enir.

Bəzi mütəxəssislər düşünür ki, üz tükləri SPF faktorları qədər qoruyucu təsirə malikdir. Üzün tükü nə qədər uzun və sıx olarsa, onun qoruyucu xüsusiyyəti də güclü olar. Bir çox xəstəliklərin səbəbi toz-torpağın nəfəs yollarına daxil olmasıdır. Bu baxımdan saqqal və bığ güclü respiratordur. Bir nəzəriyyəyə görə üz tükləri dəriyə birbaşa nişanlanmış şüaları sındırır və təsirsizləşdirir. Günəş şüası o zaman zərərli olur ki, dəriyə birbaşa yönəlir. Üz tükləri bu şüaya mane olur. Üz tükləri nazik kişilər günəş şüalarının qarşısını almaq üçün xüsusi kremlərdən faydalan bilər.

Üz tüklərinin başqa bir faydası dəri qocalmasına maneçilikdir. Hətta üz dərisi qırışmış şəxslər saqqal və bığ saxladıqda gənc görünürlər. İstənilən bir halda üz tükləri dərini təravətli saxlayır. Külək adətən üz dərisini qurudur. Saqqal və bığ saxlayan insanlar üçün belə bir təhlükə yoxdur.

Saqqal və bığ üz dərisində sızaqların yaranmasına mane olur. Tükün üzdə iltihab yaratması bir şayiədir və tük əslində iltihabın qarşısını alır. London dermatologiya klinikasının baş mütəxəssisi doktor Martin Vid yazır ki, üzün ülgüc kimi iti bir şeylə qırxılması dəri qaşınmasını gücləndirir. Mütəxəssisin nəzərincə, ülgüc mikroblara yoluxmanın əsas mənbəyidir. Sızaqlar və dəri iltihabları ülgücdən istifadə zamanı artır. Saqqal və bığ saxlayan insanlar bu problemlərdən sığortalanıb. Saqqal və bığ saxlayan insanların bakteriyaları qarşı müqaviməti də güclüdür.
Üzün ülgüclə qırxılması dərinin həssaslığını artırır. Təbii ki, bəziləri üzdə tük saxlanılmasını natəmizlik kimi dəyərləndirir. Mütəxəssislər isə bunun əksini düşünür.

Çoxsaylı araşdırmalar göstərir ki, üzündə tük saxlayan insanların dərisi həssas olmur və zərərli təsirlərdən asanlıqla qorunur. Hətta tükün soyuq dəyməyə yoluxma ehtimalını zəiflətdiri bildirilir.

Üz tükləri dəri üçün süzgəc rolu oynayır. Tüklər bakteriyalar və zərərli təsirlərə müqavimət göstərir. Birminghem dermatologiya mərkəzinin rəisi Karol Vaker düşünür ki, üzdə tük allergiyaya qarşı da faydalıdır. Mütəxəssis burun vasitəsi ilə allergiyaya tüklərin mane olduğunu bildirir. Londonun Harli Street klinkasının mütəxəssisi Flik Çoa deyir: “Nəzəri baxımdan üz tükləri həssaslığı zəiflədir.”

Üzdə və çənədə qalın tük boyunda temperaturu yüksəldir və soyuqdəymənin qarşısını alır. Tüklər bir növ üz dərisini soyuğun təsirindən qoruyur. Boğazağrısı zamanı çənə və boğazın bu hissəsi viruslarla əlaqədə olur və tüklər istilik yaratmaqla müqavimət gücünü artırır.

Nur-az.com/Tebyan


1971 بازدید
در حال ارسال اطلاعات...