Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

29 yanvar İmam Həsən Əskərinin təvəllüdü...

İmam Həsən ibn Əli Əskəri (ə) - 232-ci hicri-qəməri ilinin rəbiül-axər ayının 8-də Mədinə şəhərində anadan olmuşdur. Həzrət İmam Əskəri (ə) on birinci imam, məsumların on üçüncüsüdür. Atası İmam Əliyyən-Nəqi şiələrin onuncu imamı, anası isə Ümmi-Vələdi (balasının anası) idi. Ümmi-Vələdinin Hədis, Süsən və Səlil kimi adlarla da çağırılırdı. Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Əskərinin (ə) şəhadətindən sonrakı böhranlı vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi. İmam Əskəri (ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. O Həzrətin (ə) digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının mübarək qəbrinin yanında dəfn olunmuşdur.





1251 بازدید
در حال ارسال اطلاعات...