Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

İbadəti oda çəkən qürur

Bir gün həzrət İsa (ə) səhradan ötərkən ibadətgaha çatır. Orada bir abid yaşayırdı. Həzrət İsa (ə) onunla söhbətə başlayır. Həmin vaxt pis əməllərlə məşğul olan bir gənc yoldan ötür. Gözü həzrət İsa (ə) və abidə sataşanda ayaqları süstləşir və yol gedə bilmədiyindən orada dayanıb deyir: “Allahım, pis əməllərimdən xəcalətliyəm. İndi peyğəmbərin məni görüb günahlandırsa nə edəcəyəm? Ey Allah, üzrümü qəbul et, məni xəcalətdən qurtar…”

Abid kişi o gənci görən kimi əllərini asimana tutub dedi: “Ya Allah! Məni Qiyamət günü bu günahkarla məhşur etmə.”

Bu vaxt Allah-Taala tərəfindən Peyğəmbərinə vəhy nazil olur ki, abidə belə desin: “Biz sənin duanı qəbul etdik və səni bu cavanla məhşur etməyəcəyik. Ona görə ki, o pis əməllərinə görə peşiman olduğuna və tövbə etdiyinə gör