Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2015

Hizbullahdan 10 strateji xəbərdarlıq

Hizbullahın İsrail əleyhinə əməliyyatının 10 strateji xəbərdarlığı

“Cavabsız təcavüz” dövrü sona çatdı...


Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, sionist rejim olan İsrailin Suriyanın Qunəytərə bölgəsində Hizbullah üzvlərinin bir maşınını vurmaqla təşkilatın 6 üzvünü şəhid etdi. Hizbullah da Livanın İsrail işğalında olan Məzari Şibada İsrail ordusunun maşın karvanını hədəfə aldı. Nəticədə azı 17 nəfər İsrail hərbiçisi həlak oldu və onlarla hərbiçi yaralandı. Livanın əl-Əxbar qəzeti bir məqalədə Hizbullahın İsrail əleyhinə əməliyyatının 10 strateji xəbərdarlığını saydı.

Onlar bunlardır:
1. Hizbullah bu əməliyyatla İsrailə “cavabsız təcavüz” dövrünün çoxdan başa çatdığını bildirdi.

2. Hizbullah “qorxu” tarazlığını saxlamaq istəyir. Hər bir əməliyyata qarşılıq ya o həcmdə və ya ondan da şiddətli olacaq. Bu Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın bildirdiyi məsələdir.

3. Hizbullah bu mühüm və strateji məsələyə işarə etmək istəyir ki, İsraillə müharibədə iştirak etməsi nəinki onu zəiflətməyəcək, əksinə Hizbullahın gücü, qüdrəti və himayəsi daha da artacaq.

4. Hizbullah İsrailə başa salmaq istəyir ki, müqavimətin hazırlığı İsrailin təsəvvür etdiyindən daha sürətli və daha çoxdur. Bu əməliyyat İsrailin əməliyyatından cəmi iki həftə sonra baş verdi.

5. Bəlkə bu ən mühüm və ən yeni mövzu olsun. Belə ki, bu əməliyyat Suriya və Livan cəbhəsinin bir-birinə bağlı olduğunu bildirdi. Əlbəttə yaxşı olar ki, belə deyək: Fələstindən Livan və Suriyaya qədər, sonda İrana qədər bir cəbhəni sübut etdi. İsrailə başa saldı ki, bu əməliyyat təkcə Qunəytərə şəhidlərinin (İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın generalı Məhəmməd Əli Allahdadi də bu şəhidlər sırasında idi.) qanının intiqamını almaq deyildi. Əksinə, daha geniş təfərrüatlara malik idi. İsrail indi daha çox narahat olmalıdır. Çünki İran artıq onun sərhədlərinə çatıb.

6. Bu müvəffəq əməliyyat İsraildə seçkilərə yaxın zamanda baş verdi. Müqavimət bildirmək istədi ki, İsrailin daxili siyasətinə təsir etməyə qadirdir. Hizbullahın İsrailin bu və ya digər prezidenti arasında fərq qoymadığına bir şübhə yoxdur. Əksinə Livan və Suriyaya düşmən olmaqda onların hamısı eynidir. Lakin bu düşmənliyin dərəcəsi fərqlidir. Amma mühüm olan budur ki, bu əməliyyat İsrailin indiki baş naziri Binyamin Netanyahunun süqutu ilə nəticələnəcək.

7. Bu əməliyyat “Hizbullah İranın nüvə danışıqlarına görə indi cavab vermir” deyən şəxslərə cavab oldu. Ola bilsin ki, bu sürətli və hesablanmış cavab İranlı müzakirə edən diplomat üçün bir aparıcı şans oldu. Belə ki, dünya daha artıq asayiş üçün Tehranın mövqeyinə meyilli olacaq.

8. Bu əməliyyat İsrailə başa saldı ki, Suriya qırmızı təhlükədir. Terrorçuları himayə etməyə davam etmək və sərhədləri özbaşına pozmaq cavabsız qalmayacaq. Hazırda güc nisbəti dəyişmişdir.

9. Bu əməliyyat HƏMAS, İslami Cihad kimi müqavimət təşkilatlarının Qunəytərə əməliyyatından sonra Hizbullah, İran və Suriya ilə müttəfiq olduqlarını elan etdikdən sonra baş verdi. Buna əsasən, bu əməliyyat mühüm regional qarşıdurma olan ərəb və İsrail qarşıduraması çərçivəsində baş verdi.

10. Hizbullah Livanın daxilindəki qruplara başa salmaq istədi ki, İsraillə qarşıdurma Livanın başqa məsələlərindən ayrıdır. İstədiyi vaxt bu addımı ata bilər. Hətta BMT Təhlükəsizlik Şurasının 1701-ci qətnaməsinə zidd olsa belə.

Qeyd edək ki, BMT TŞ-nın 1701-ci qətnaməsi 2006-cı ilin avqust ayının 11-də qəbul edilib. Bu qətnamə Livanın Hizbullah təşkilatı ilə İsrail arasında müharibəyə son vermək məqsədilə qəbul edilmişdir.
Hizbullahın son dörd ildə Suriya müharibəsi nəticəsində regional və beynəlxalq qüdrətinin hər zamandan daha çox artmasında bir şübhə yoxdur. Bu ona daha çox hərəkətli olmaq imkanı verir.


Yuxay Klinqer və Nini – ölümü İsrail tərəfindən təsdiqlənmiş hərbiçilər.


1072 بازدید
در حال ارسال اطلاعات...