Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2015

Kumeyl duası

Aşiq ariflər və arif aşiqlər bütün dualar içərisində “Kumeyl” duasının məqamını, insanın bütün yaranmışlar arasında olan məqamı kimi bilmişlər. Varlıq aləmində bütün mövcudların ən şərəflisi insan olduğu kimi, duaların da ən şərəflisi “Kumeyl” duasıdır. Tanınmış alim Əllamə Məclisi “Kumeyl” duasını ən üstün dua hesab edir. Mərhum alim Seyyid ibn Tavusun “İqbal” kitabına əsaslanaraq özünün “Zadul – Məad” kitabında yazır: “Kumeyl deyir ki, bir gün Bəsrə şəhərində Mövlam Əlinin yanında oturmuşdum. Şəbanın on beşinci gecəsindən söz düşdü. Həzrət Əli (ə) buyurdu ki, hər kəs bu gecəni oyaq qalıb ibadət etsə Həzrət Xızrın (ə) duasını oxusa, duası hökmən qəbul olar. Sonra Həzrətin xidmətinə gedib xahiş etdim ki, bu duanı mənə öyrətsin. O buyurdu: “Ey Kumeyl! Elə ki, bu duanı öyrəndin, ya hər cümə axşamı, ya a