Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2015

Nə üçün duamız qəbul olmur?

Sual: Nə üçün duamız qəbul olmur?
Cavab:
Bütün çətinliklər qarşısında duadan yetərincə güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır. Bəs nə üçün bəzən dualarımız qəbul olmur? Həzrəti Əli (ə) duanın qəbul olmasının səbəblərini belə bəyan edir: «Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir: Allah-təalanı tanıdınız, amma onun haqqını yerinə yetirmədiniz; Göndərdiyi Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun buyurduqlarına müxalif oldunuz; Quran oxudunuz, amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz; Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik» dediniz, amma əməldə onunla müxalif olmadınız; Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz». («Səfinətül-bəhar», 1-ci cild, səh. 448.)

Sual: Zina etməyə icazə varmı?
Cavab:
Ayə və hədislərdə zinanın böyük günahlardan olduğuna kifayət qədər dəlil vardır. Ümumiyyətlə, bəşər tarixi boyu bu əməl ən çirkin əməllərdən hesab olunmuşdur.
«Əl-minar» təfsirində belə bir rəvayət nəql olunur: «Böyük bir məclisdə cavan bir oğlan ayağa qalxıb, həzrət Məhəmmədə (s) belə bir sual verdi: «Mənə icazə verərsənmi zina edim?». Məclisdən onun bu sualına etiraz səsləri ucaldı. Amma həzrət Peyğəmbər (s) mülayimliklə onu yaxına çağırıb, qarşısında əyləşdirdi və məhəbbətlə soruşdu: «Əgər bir şəxs sənin anan və ya bacınla zina etmək istəsə, razı olarsanmı?». Gənc «razı olmaram» dedi. Həzrət sözünü belə sona yetirdi: «Bil ki, xalq da onun qızları ilə zina edilməsinə razı deyildir».

Su