Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Şeytanla yarış

Xəbis bir kişi yol gedərkən öz-özünə fikirləşdirdi ki, mən hər növ günah və xəbislik etmişəm. Görəsən Şeytan nə iş görüb ki, mən ondan etməmişəm?

Bu vaxt qoca bir kişi yavaş-yavaş irəli gəlib, titrək səslə deyir:
-Mənimlə işin vardı?

-Siz kimsiz?

-Mən şeytanam, elə bil mənim adımı çəkdin.

-Bəli, bilmək istəyirəm ki, sən nə iş görmüsən bu qədər məşhur olmusan? Mən ağıla gələn hər növ pisliklər etmişəm və 100 faiz arxayınam ki, səndən pisəm. İndi sənin gördüyün hansı iş var ki mən görməmiş olum?

-Bilmirəm, amma istəyirəm səninlə yarışım, görüm mən nəyə qadirəm, sən nəyə qadirsən.

-Razıyam. Bir ay sonra burada görüşərik.

Xəbis kişi gedir və bu bir ay ərzində qətl, təcavüz və xəbisliklərdən əlindən gələn qədər yerinə yetirir. Oğurluq edir, başqalarının haqqına təcavüz edir və xəbis siyasətilə insanları bir-birinin canına salmaqla müharibə yaradır. Beləliklə, bütün nalayiq və pis əməllər edir. Bir aydan sonra təyin olunmuş yerə gedir. Qoca kişi və ya şeytan da yavaş-yavaş ora gəlir.

Xəbis kişi soruşur:
-Yaxşı, qoca, nə etmisən?

Şeytan titrək səslə deyir:
-Əvvəl sən de nə iş görmüsən?

Kişi bir ay ərzində etdiyi bütün pislikləri danışır.

-Mənim görmədiyim pis iş qalmayıb, indi sən de nə iş görmüsən?

Şeytan deyir:
-Mən səndən ayrılıb getdikdən sonra elə bu küçədə cavan bir oğlanın keçdiyini və o biri tərəfdən də bir qızın gəldiyini gördüm. Oğlanın ürəyinə saldım ki, başını qaldırıb o qıza baxsın. Xülasə, beş gündən sonra səy etdim ki, oğlan o qız haqqında fikirləşsin və beləliklə bu beş gün ərzində o qızın arxasıyca getsin. Amma qız onunla danışmağa razı olmurdu. İkinci beş gündə bir iş gördüm ki, qız axırda oğlana təbəssümlə baxdı. Oğlan qızın təbəssümündən ümidvar oldu və onun da üzərində işlədikdən sonra o da qıza “sənə fəda” olum yazdı. Bu da üçüncü beş günlük. Növbəti beş günü də qızı oğlanın məktubuna cavab yazıb onunla dınaşmağa sərf etdim. Bura kimi oldu iyirmi gün.

-Yaxşı davam et.

-Tələsmə. Növbəti beş gün oğlanı hazırladım ki, qıza birlikdə gəzməyi təklif etsin və tez-tez israr etsin ki qız onların evinə getsin. Amma hər nə qədər israr etsə də qız razılıq vermirdi. Axırıncı beş gündə mən oğlanın köməyinə getdim və qızın razılıq verməsi üçün ona təsir etdim. Beləliklə, qız onlara getməyə razılıq verir.

Kişi deyir:
-Elə bu? Mən bu qədər cinayət, təcavüz etmişəm, sən yalnız bu işi görmüsən?

Şeytan dedi:
-Sən anlamırsan ki, mənim gördüyüm bu işdən haramzadələr, zinazadələr dünyaya gəlir və onlardır bütün çirkin əməlləri yerinə yetirən!

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynzadə


1650 بازدید
در حال ارسال اطلاعات...