Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

İslamofobiyanın pərdəarxası üç amili

ABŞ-ın Viskonsin Universitetinin professoru doktor Kevinlə (Dr. Kevin Barrett) söhbət

Doktor Kevin Barret həm araşdırma, həm şəxsi maraq baxımından İslam təlimlərinə yaxın insandır. O, 11 sentyabr hadisələri ilə bağlı həqiqəti üzə çıxarmaq üçün müsəlman-yəhudi-məsihi birliyinin təsisçisidir. Doktor Kevin ABŞ, Kanada, Avropa ölkələrində, aparıcı kollec və universitetlərsə tədrislə məşğuldur. Doktor Kevin yazıçı və araşdırmaçı kimi Amerikanın daxilində və xaricdə maraqla izlənən alimlərdəndir. Doktor Kevinlə İslamofoboya barədə müsahibəni oxucuların ixtiyarına veririk.

Sual: Sizcə, Ayətullah Xamenei nə üçün şəxsən Avropa və Şimali Amerika gənclərinə müraciət etdi? Nə üçün siyasətçilər yox, gənclərə müracət edildi?

Doktor Kevin Barret: İranın ali lideri Ayətullah Xamenei gördü ki, təşkilatlanmış propoqandaya baxmayaraq böyük yalanın əsiri olmuş qərb insanları hazırda oyanmaqdadır. Bütün yaşdan olanların çoxu yalan fəzasından qurtulmaq istəyir və gənlərin çoxu həqiqət sorağındadır. Necə ki Cənab Rəhbər gənclərə buyurdu ki, həqiqəti axtarmaq istəyini sizin qəlblərinizdə daha güclü, daha aydın görürəm.
Həqiqət budur ki, gənclərin düşüncəsi yaşlılarla müqayisədə daha açıqdır. Eyni zamanda onlar həyatın mənasını tapmağa, onda rol oynamağa, daha yaxşı həyat yaşamına eşq və qaynarlıqla cəhd göstərirlər. Hədsiz maraq və cilovu qırmış enerji onlara problem də yarada bilər. Amma yaşlıların düşüncəsinə sığmayan bir eşqlə həqiqət ardınca getmələri də mümkündür. Bəşəriyyətin yüksəlişinə kömək etmək istəyənlər gənclərlə daha çox uğur qazana bilərlər. Yaşlıların əksəri elə bir nöqtəyə çatıblar ki, dərin axtarışlara son qoyublar və həyatın onlar üçün nəzərdə tutduğu planla razılaşıblar.
Ayətullah Xamenei öz məktubunda işarə edir ki, xalqlar və dünyanın gələcəyi gənclərin əlindədir. Onlar yaşlı nəslin böyük səhvlərinin acısını yaşamağa məcburdurlar. Bu səhvləri aradan qaldırmağa onların vaxtı var. Onlar dünyanı xoşbəxtliyə doğru apara bilərlər.
Məktubun nə üçün indiki vaxtda yazılması haqqında deyə bilərəm ki, isterik islamşünaslıq dalğası Şarli Ebdo (Peyğəmbərin karikaturasını dərc edən jurnal) məsələsi ilə başladı. Qədb siyasətçiləri və qəzetçilərinin qeyri-ciddi təəsübü Rəhbəri vadar etdi ki, qərb cəmiyyətinin, xüsusilə qərb gəncliyinin sorağına getsin. Bu zümrənin məktuba daha ciddi yanaşacağı ehtimal edilirdi.

Sual: İslamda super güclərin mənafeyinə zidd nə var? Hansı dəyərlər imperializm başçılarını vahiməyə salıb, İslam üzərinə hücuma sövq edir?

Doktor Kevin Barret: Zənnimcə bir qrup yəhudi və məsihi həzrət Məhəmmədin (s) peyğəmbərliyini qəbul etmək istəmir. Onların İslamla düşmənçiliyi təbiidir. Çünki İslamın müddəaları bu təkəbbürlü insanların əvvəlki dinlə bağlı təsəvvürləri ilə uyuşmur.
Bununla belə, müsəlmanlar yekdil olaraq məsihilik və yəhudiliyi, onların kitablarını və peyğəmbərlərini qəbul edirlər. Quranda bu peyğəmbərlər ilahi məqam sahibi kimi göstərilir. Müsəlmanlar başqa din ardıcılları ilə dinc-yanaşı yaşamaq prinsipini qəbul edirlər. Demək, reallıq İslama qarşı düşmənçilik üçün heç bir əsas vermir. Səmavi din ardıcılları dinc-yanaşı yaşaya bilərlər.
Zənnimcə, dünya güclərinin İslamla düşmənçiliyi onların yəhudilik ya məsihiliyə bağlılığından qaynaqlanmır. Onlar din hadisəsi ilə düşməndirlər. Vilson kitablarından birində yazır ki, qərb başçıları iki əsrdir dindən uzaqlaşmaq yolunu seçiblər, dini cəmiyyətdən sıxışdırıb çıxarmaq üçün mühəndis işi aparırlar. Dini dəyərlər onların mənafelərinə ziddir və xalqların əsarət altında saxlanmasına, beyinlərin yuyulmasına mane olur.
Bütün dinlər insanları dünyapərəstlikdən uzaqlaşmağa, dünyanın zalım güclərinə müqavimət göstərməyə çağırır. Həzrət İbrahim öyrədir ki, qəbilə başçılarının şirkinə qarşı çıxmaq lazımdır. Həzrət Musa Firona qarşı qiyama başçılıq edirdi. Həzrət İsa öz dövrünün oliqarxlarına həqiqəti başa salır, rum və ibri hakimlərinə etiraz edirdi.
Bu arada günün fironları üçün İslam qorxu yaradır. Əvvəla, iki milyarda yaxın insan İslam qanunları ilə yaşayır. Müsəlman cəmiyyəti sürətlə artmaqdadır. Gündə beş dəfə əzəmətli cəmiyyətlər namaza dayanır, müsəlman dünyası ramazan ayını oruc tutub ibadətə məşğul olur. İslam əxlaqına riayət etməyə çalışırlar. Bütün bunlar bürokratik, sələmçi banklar üzərində iş qurmuş sistemi qorxuya salır.
İkincisi, müsəlmanlar neftlə zəngin ərazilərdə yaşayır. Zalım güclər hesab edir ki, bu əfsanəvi sərvətlər onlara atalarından miras qalıb. İslam dini torpaqları işğal altında olan müsəlman xalqlar üçün birlik və qurtuluş amilidir. Quran müsəlmanları təcəvüzkarlara qarşı vuruşmağa çağırır. İslamda müqavimət yolunda, zülmə qarşı vuruşda ölmək böyük iftixardır. Belə ölüm cənnətdə uca məqama çatmaq üçün vasitə syılır. Belə bir vəziyyətdə dünyanın imperialist qüvvələrinin İslamdan xoflanması təbiidir.
Üçüncüsu, İslamın müvəffəqiyyətlə ailə institutunu qorumasıdır. Hələ də müsəlman ailəsi güclüdür və buna nəzarət etmək çətindir. Tənha, subay insanları mənafelər yolunda işlətmək daha asan olur. Vergi ödəyən insan qanunlara tabe olmağa məcburdur. Onlar daim nəzarət altındadırlar. Ailə üzvləri isə dövlətdən aslı olmayan şirkət işlərində həmkarlıq edə bilirlər. Digər tərəfdən, ailə dövlət və şirkətlə rəqabətdə olan sədaqət ocağıdır.

Sual: İslamın və digər hadisələrin təhrif olunmuş şəkildə tanıtdırılması qərbdə ictimai gərginlik yaranmasının səbəbi ola bilərmi? Uoll-Sriit hadisələrini belə yanlış təriflərlə əlaqələndirmək olarmı?

Doktor Kevin Barret: Qərb hərc-mərclik yaradılmasında iki növ təbliğatdan istifadə edir. Biri ailə institutunun dağıdılmasına yönəlmiş mədəniyyət hücumudur. Hollivuddan başlamış gündəlik nəşriyyələrə qədər təbliğat vasitələri ailə dəyərlərini məhv etməklə məşğuldur. İkinci təbliğat vəhşi düşmən obrazı formalaşdırmaqdır. Amerikada ölkədaxili əsas təbliğat rənglidərililərə qarşı nifrət yaratmaqdan ibarətdir. Xarici düşmən layihəsində britaniyalılar, meksikalılar, ispaniyalılar, filippinlilər, kubalılar, almanlar, yaponlar, koreyalılar, çinlilər, ruslar hədəf olub, bu gün müsəlmanlar hədəfdir. Hakimlərin təbliğatı budur ki, bacardıqca dünyadan çox ləzzət alın, böyük şirkətlərdə çalışıb ehtiyaclarınızı ödəyin, başqa dinlər və millətlərə nifrət edin, ədalət sorağında olmayın. Uoll-Sriit təbliğatların pərdəarxasını anlamış, çoxu gənclərdən ibarət olan xalqın etirazı idi.

Sual: Necə düşünürsünüz, Ayətullah Xameneinin məktubu qərb cəmiyyətinə təsir edəcəkmi?

Doktor Kevin Barret: Ümid edirəm Ayətullah Xameneinin məktubu qərb gənclərinin əksərinə təsir edəcək, onları ilhamlandıracaq ki, İslamı olduğu kimi dərk etmək üçün addım atsınlar. Beləcə, qərb mətbuatının İslamı qəddar, qaradüşüncəli göstərmək istəkləri puça çıxacaq. Bu məktub insanlarda belə bir sual yarada bilər ki, mətbuatın müsəlmanların ayağına yazdığı terror əməliyyatlarını törədən kimlərdir?
Məni Cənab Rəhbərin bir sözü çox təsirləndirdi. O buyurur: " İmkan verməyin ki, öz seçdikləri terrorçuları riyakarcasına İslam təmsilçisi kimi təqdim etsinlər." Bu məktubu oxuyan qərb insanında sual yaranacaq ki, söhbət nədən gedir? Kimsə cavab verəcək ki, yoxsa İŞİD-in ABŞ və müttəfiqləri tərəfindən yaradıldığını bilmirdiniz?! Hətta ABŞ prezidentinin müavini Co Bayden bunu etiraf edib. Başqa biri deyəcək ki, bəli, Əl-Qaidə Əfqanıstanda ruslarla vuruşmaq üçün SİA-nın yardımı ilə yaradıldı. Deyəcəklər ki, 11 sentyabr hadisələrinin memarları və mühəndisləri barədə bir şey eşitməmisiniz?! Bu hadisənin daxildən həyata keçirildiyi barədə filmlərdən, kitablardan xəbərsizsiniz?! Bəli, bu söhbətlər qərblilərin ehtiyac duyduğu söhbətlərdir. Mən Ayətullah Xameneiyə təşəkkür edirəm ki, bu bəyanatla qərbdə həmin mövzuların müzakirəyə çıxarılmasına kömək etdi.

Vilayet.nur-az.com