Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2013

Qərbdə kitab qadağası

Dünyada şöhrət qazanmış ədəbi əsərlərə qadağa qoyulması normal qarşılana bilməz. Bəziləri elə düşünürlər ki, Qərb və Amerikada kitab sahəsində tam azadlıqdır, yalnız müsəlman ölkələrində müəyyən məhdudiyyətlər var. Həqiqət isə tamam başqadır. Daim azadlıqdan dəm vuran Qərb ölkələrində kitab senzurası varmı? Çoxları elə düşünür ki, belə bir məhdudiyyət ola bilməz. Amma bu sahə ilə tanış olanlar yaxşı bilir ki, Qərbdə kitab qadağası dünyanın başqa ölkələrindən geri qalmır. İddiamızın sübutu üçün bəzi məşhur kitabların adını çəkməyə məcburuq. Əvvəla, sionizm, holokast mövzusunda yazılmış tənqidi kitablara bütün qapılar bağlıdır. Necə ki, dünya şöhrətli filosof Roje Qarudi “İsrail siyasətinin baniləri” kitabına görə Fransada məhkum olundu. Fransa məhkəməsi kitaba qadağa qoydu, yazıçı 240 min frank cərimələndi. Hansı ki, Qarudinin əsəri elmi araşdırma idi və sənədlərə əsaslanırdı. Holokasta qarşı əlinə qələm alan bütün Avropa yazıçıları eyni aqibətlə üzləşir. Kitab qadağası Amerikada o qədər genişdir ki, hüquq müdafiəçiləri kitab qadağası adı altında seminarlar keçirir. Qadağan olunmuş kitablar siyahısında tanınmış müəllif və əsərlər yer alıb. Bu əsərlər əsasında çəkilmiş filmlərin də ekrana çıxması qeyri-mümkündür.

Amerika yazıçısı Con Şteynbek “Qəzəb salxımları” kitabında Amerikadakı acınacaqlı həyatdan yazır. 20-ci əsrin ən məşhur romanlarından olan bu əsər Amerikada qadağandır və onun çap olunmuş nüsxələri nümayişkəranə şəkildə yandırılıb. Müəllifin “siçovullar və insanlar” kitabında Amerikadakı yoxsulluq təsvir olunub. Əsərdə irqi ayrı-seçkilik, evsizlər ordusunun heyvani həyatı ustalıqla qələmə alınıb. Bu kitab nəşriyyat və mağazalardan yığılıb və sərt qadağaya məruz qalıb.

Sərhədsiz Reportyorlar təşkilatı 2013-cü ildə Amerikanı söz azadlığının səviyyəsinə görə 32-ci ölkə kimi qeyd edib. Geniş ekranda şöhrət qazanmış filmlərdən biri Marqarit Miçelin romanı əsasında çəkilmiş “Külək aparan” filmidir. Kitab dünya şöhrəti qazanıb. Amerikada isə bu kitab qadağan olunub.

Stenli Kubreykin “Qurulmuş portağal” filmi məşhur yazıçı Antoni Berqsin eyni adlı romanı əsasında çəkilib. Amerikada həm kitab, həm də film qadağandır. Bu filmə qarşı əsasən katoliklər çıxış edir.

Sərhədsiz Reportyorlar təşkilatı bütün bunları nəzərə alaraq Amerikada söz azadlığının yararsız vəziyyətdə olması barədə hesabatlar verir. Ceyki Rolinqin “Herri Poter” əsəri bir neçə cilddir və tam ekranlaşdırılıb. Bu kitab müsəlman ölkələrində, əsasən İranda sevilən kitablardandır. Hansı ki, bu əsər və film Britaniyada qadağan olunub. İngilis yazıçısı Corc Orolun “Heyvanlar biyabanı” əsəri ötən əsrin