Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2015

Cənab Rəhbər İslam İnqilabı haqqında

İslam məqsəd, inqilab vasitədir...
İslam İnqilabı ifadəsi İslam və inqilab sözlərindən təşkil olunmuşdur. Burada İslam məqsəd, inqilab isə vasitədir. İmam Xomeyni (r) inqilab vasitəsilə İslamı ictimai-siyasi məktəb olaraq yenidən səhnəyə qaytarmaq istədi.
Fars News Agency Cənab Rəhbər Ayətullah Xameneinin İslam İnqilabı barədə fikirlərini oxucularla bölüşür...

İslam İnqilabı və ona bağlı məsələlərlə tanış olmaq üçün əvvəlcə İslam İnqilabının düzgün tərifini öyrənmək lazım gəlir. Həqiqi tərif pəncərəsindən bütün hadisələri düzgün seyr etmək mümkündür. Bu tərif Cənab Rəhbərin İslam İnqilabına baxışı ilə tanışıqda bir girişdir.
"İnqilab" sözü ərəbcə "qələbə" felindən yaranmış, infial babında məsdərdir. Mənası dəyişiklik, çevrilişdir. Bu söz arzulanan vəziyyətə çatmaq üçün mövcud vəziyyətə qarşı çıxmaq mənasında işlədilir. İnqilab fərdi və ictimai olmaqla iki qrupa bölünür. Fərdi inqilab özü də insani və heyvani ola bilər.
İctimai elmlərdə inqilab sözünün tarixi qədimdir. Ayrı-ayrı mütəfəkkirlər inqilaba fərqli tərif veriblər. İnqilab sözünün bütün qəliblərdə müştərək mənası dəyişiklik, çevrilişdir.
Ərəb dilində inqilab sözünün səvrə, intifazə kimi sinonimləri var. Fars dilində inqilab ictimai baxımdan cəmiyyətin həyatında keyfiyyət dəyişikliyi kimi başa düşülür. Sosiologiyada isə inqilab bir quruluşun dağılması, onun başqa bir quruluşla əvəz edilməsidir.
İnqilab sözü bugünkü mənasında ilk dəfə orta əsrlərin sonlarında İtaliyada kilsə islahatları barədə işlədilib. İnqilab sözü 1600-cü ildə Kromvelin hakimiyyəti zamanında ingilis dilinə daxil olub. O zaman bu söz əvvəlki hakimiyyətdə islahatlar mənasında işlədilib. 

İnqilab sözü fundamental dəyişiklik mənasında yeni söz sayıla bilər. Qədim Yunan dövründən İntibah dövrünə qədər inqilab planetlərin hərəkəti kimi daxili bir fırlanma idi. Bəli, siyasətdə inqilab fırlanma mənasını bildirir. Aristokratiyadan demokratiyaya, sonra da əksinə bir hərəkət. Yalnız 17-ci əsrdə (1789-cu il Fransa inqilabı) inqilab sözü fundamental və daimi dəyişiklik mənasında işlənməyə başladı.
Bir çox yazıçılar, xüsusilə Karl Marksdan təsirlənmiş mütəfəkkirlər inqilab dedikdə mütərəqqi təbəddülat nəzərdə tutublar. Siyasətdə inqilab bərabərlik və ədalət yaradılması kimi başa düşülüb. Quruluşun daha demokratik rejimlə əvəz edilməsi də inqilab sayılıb. 

Bəzən də inqilab dedikdə hakimiyyət əldə etmək üçün hərc-mərclik yaradılması başa düşülüb. Bəziləri inqilaba siyasi həyatda ümidverici bir hadisə kimi baxır. Bir qrup mütəfəkkir inqilabı təhlükəli sayır, cəmiyyətin islahatlarla tədrici dəyişilməsini düzgün hesab edir.
Beləcə, inqilaba baxışlar fərqlidir. İslam inqilaba necə baxır? İslam Allah tərəfindən, Peyğəmbər vasitəsilə bəşəriyyətin dünya və axirət səadətinin təmini üçün göndərilmiş əqidə və hökmlər toplusudur. Əqidələr dinin əsası olaraq düşüncələri, hökmlər əməli göstəriş olaraq rəftarları tənzimləyir.
Cənab Rəhbər Ayətullah Xameneinin nəzərincə, inqilab İslamın yenidən həyata qayıdışıdır. Cənab Rəhbər buyurur: "İnqilab islami və ilahi bir hadisədir. Biz inqilabı əxlaqi, mədəni, ideoloji dəyişiklik sayırıq. İnqilabın ardınca insanın tam inkişafını təmin edən ictimai-siyasi, iqtisadi dəyişikliklər gəlir. Quranda buyurulduğu kimi, bir qövm öz vəziyyətini dəyişmədikcə, Allah da onun vəziyyətini dəyişməz. İnsan öz zəifliklərini, nöqsanlarını, etiqadsızlığını aradan qaldıranda ictimai durum da dəyişir. Bu zaman həmin dəyişikliyin qarşısında heç nə dayana bilməz. Bu hərəkata başlamaq üçün insanlar məsuliyyət hiss etməlidir."
Cənab Rəhbər hərc-mərclik, iğtişaş, təxribatı inqilab saymır, inqilabın fundamental bir dəyişiklik olduğunu bildirir. İnqilab möhkəm bünövrə üzərində düzgün sütunların ucaldılması, düzgün və qurucu dəyərlərin hakim olmasıdır.
Digər tərəfdən inqilab davamlı bir hərəkətdir. İnqilab ani, ötəri hadisə deyil. Yüzlərlə şərt ödənməlidir ki, həqiqi inqilab baş versin. Bu şərtlər asanlıqla təmin olunmur. Bu səbədən həqiqi inqilab nadir hadisədir. Belə bir inqilab üçün ardıcıl təlaş lazımdır. İnqilabın bir şərti xalqda bu ruhiyyənin olmasıdır. Bu baxımdan inqilab təsadüfi, planlaşdırılmış ola bilməz.
Cənab Rəhbər inqilab gedişində qəddarlığı, sabitliyin pozulmasını məzəmmət edərək bildirir ki, inqilab cəmiyyətdəki elementlərə düzgün nizam, forma verən kürə kimidir. İnqilab təkcə ictimai səhnədə baş vermir, onun çeşməsi insanların qəlbi və düşüncəsidir. 

Cənab Rəhbər inqilabın aşağıdakı xüsusiyyətlərə malik olmasını zəruri sayır:

1.İnqilab dəyər sistemi, etiqad və cəmiyyətdə fundamental dəyişiklikdir;
2.İnqilabın əsas hərəktverici qüvvəsi xalqdır;
3.İnqilab təsadüfi hadisə yox, davamlı prosesdir;
4.İnsanların daxilində çevriliş inqilab şərtidir
Cənab Rəhbərin buyuruqlarından belə bir nəticə çıxarmaq olar ki, İslam inqilabı cəhalət, istismar, istibdada qarşı inqilabdır. Bu inqilabın məqsədi əqidə və hökmlərin dirçəlişi və möhkəmlənməsidir. Zalım rejimin müqaviməti səbəbindən inqilabda qansız keçinmək olmur. İslam inqilabı fərd və cəmiyyətin köklü şəkildə, mərhələli və uznmüddətli təkamülüdür.

Vilayet.nur-az.com


1217 بازدید
در حال ارسال اطلاعات...