Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

Nəfs qulları və Vilayət üsul-idarəsi

Nə üçün həvapərəstlər (azğın nəfs ardınca gedənlər) vilayət nizamını qəbul etmir?
Biz ötən söhbətlərimizdə dini tərbiyənin əsas strategiyasından danışarkən qeyd etdik ki, böyük cihad aşkar və gizli həvapərstliklə mübarizədir. Sonra azğın nəfslə mübarizənin ictimai-siyasi yönlərinə nəzər saldıq. Mövzunu davam etdiririk...
İnqilabçılığın kökü azğın nəfslə mübarizədir. Azğın nəfslə mübarizə aparan insan zalıma, zora boyun əyməz.
Həyat proqramımız azğın nəfslə mübarizədir. Bu mübarizə təkcə fərdi həyatımıza aid deyil. Nəfsi ilə mübarizə aparan insanın ictimai rəftarları da dəyişir. Bu insan nəfsi ilə mübarizə aparmayanlara müqavimət göstərəcək. Cəmiyyətdə fərdlər nəfslə mübarizə aparsalar cəmiyyət dəyişər.
Nəfslə mübarizə aparan, nəfsinə tabe olmayan insan başqalarının da nəfs istəklərinə əyilməz. O, zor qarşısında təslim olmaz. Belə insan azğın nəfsin əmri ilə ona hakim olmaq istəyənlərə qarşı müqavimət göstərir. Bu əsasla nəfsinə tabe olmayan insanın inqilabçı olmaması, zülmə təslimçiliyi mümkün deyil. Bəli, inqilabçılığın kökü azğın nəfslə mübarizədir. Nəfslə mübarizə əhli olan cəmiyyət həvapərəst adamları hakimiyyətə yaxın buraxmaz.
Öz pis xüsusiyyətləri ilə mübarizə aparan insan ona hakim olmaq istəyənlərin pis xüsusiyyətlərinə biganə qala bilməz. Öz nəfsinə əsir olmayan başqalarının da nəfsinə əsir olmayacaq. Bu adam tədricən inqilabçı olacaq. Cəmiyyətə nəfslə mübarizə ruhiyyəsi hakimsə bu cəmiyyəti zora tabe etmək mümkün deyil.
Səltənətə can atanlar, cəmiyyətə hakim olmaq istəyənlər nəfsi ilə mübarizə aparan cəmiyyəti tabe edə bilmir. Belə cəmiyyətdə xalq nəfsi ilə mübarizə aparan insanı hakim seçir. Belə cəmiyyətdə nəfsi ilə mübarizə aparmayan fərd iş başına gələ bilmir. Nəfsi ilə mübarizə aparan insan nəfsi ilə mübarizə aparan cəmiyyəti asanlıqla idarə edir. Çətinlik o zaman yaranır ki, iki tərəfdən biri həvapərəst olsun.
Bəli, bu həqiqətdir ki, çoxları həzrət Əlidən (ə) daha çox Müaviyyə itaət edirdi. Səbəb nə idi? Nə üçün insanlar həzrət Əlini (ə) bu qədər incidirdilər? Xanım Zəhra (s) belələrinə müraciətlə buyurur: "Əli nəfsi ilə mübarizə apardığı üçün sizin ona dözümünüz yoxdur. Qorxursunuz ki, sizə qarşı da eyni şəkildə rəftar edər. Amma belə deyil. Əgər ona tabe olsanız sizə çətinlik yaratmaz. "


Nəfsini başına buraxanlar Əlinin öz nəfsi ilə necə davrandığını görəndə qorxuya düşürdülər. Beləcə, bir çoxları dünya həyatını bəzəmək üçün Müaviyəyə üz tutdu. Onlar Müaviyəyə həvəslə itaət edirdilər. Ətrafındakıların itaətsiliyinə işarə ilə Həzrət buyurur ki, sizdən on nəfər verib, Müaviyənin adamlarından birini alardım.
Müaviyə nəfslə mübarizə aparan adam deyildi və öz ətrafındakıları da nəfsinə tabe edirdi. Xalq sarayda yaşayanı komada yaşayandan asan qəbul edir. Hətta ayaqyalın insanlar Müaviyəyə maraq göstərirdilər.
Necə olur ki, Allahın vəlisinə təkəbbür göstərənlər azğına tabe olur? Sual yaranır ki, əgər insan təkəbbürlüdürsə hamıya qarşı təkəbbürlü olmalıdır. Necə olur ki, təvazökar Əliyə qarşı təkəbbürlü olanlar təkəbbürlü Müaviyəyə təvazökarlıq göstərir?
Öncə qeyd etdik ki, həvapərst cəmiyyətin xasiyyəti həvapərəstə tabe olmaqdır. Amma nə üçün belədir? Nə üçün azğına tabeçilik marağı güclüdür? Allahın vəlisini tənha qoyanları bu rəftara vadar edən nədir?
Vilayət odur ki, nəfsinə hakim insanın müdiriyyəti qəbul edilsin. Amma həvapərst cəmiyyətdə vilayət qəribdir. Necə ki Əmirəlmöminin (ə) qərib idi. Bəs həvapərstlərin Allahın vəlisi ilə nə problemi var? Cavab budur ki, Allahın vəlisi öz nəfsi ilə mübarizə aparır, mərhəmətlə rəftar edir, cəzalandırmağa tələsmir, qanunu pozanı da hörmət salmamağa çalışır. Allahın vəlisi insanlara meydan verir ki, özləri səhvlərini başa düşüb tərbiyələnsinlər. Allahın vəlisi insanlarda gördüyü bütün eybləri açsaydı çoxları xalqın hücumuna məruz qalardı. Xəvaricin həzrət Əliyə (ə) etirazlarından biri bu idi ki, nə üçün ləyaqətsiz adamların iş başında qalmasına dözür? Xəvaricin rəisi həzrət Əliyə məktubunda yazır ki, nə fitnə baş verirsə onun başında Əşəs dayanıb...
Həvapərst insanlar Allah vəlisinin mərhəmətindən sui-istifadə edib xəyanətə əl atırlar. Peyğəmbərin (s), Əmirəlmömininin (ə), İmam Həsənin (ə) mərhəmətli davranışından sui-istifadə edildiyini görürük.

Höccətül-islam Əliriza Pənahian

vilayet.nur-az.com


1381 بازدید
در حال ارسال اطلاعات...