Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

Həzrət İmam Əlidən (ə) hikmətli kəlamlar

«Cəzalandırmağa gücü çatan kəsin bağışlaması daha yaxşıdır»
1. «Əlbəttə, hər bir nemətdə Allahın haqqı var (hər nemətə görə ona şükür etmək lazımdır). Hər kəs onu (şükrü) yerinə yetirsə, Allah ona olan nemətini artırar. Bu məsələdə diqqətsizlik göstərənin neməti zavala uğradılar».

2. «Düşmənə qalib gəldiyin vaxt qələbənə şükr olaraq onu bağışla».

3. «Çarəsizin dadına çatmaq, qəmginin qəmini aradan qaldırmaq böyük günahların kəffarələrindən sayılır».

4. «Ey Adəm övladı, Allah sənə ardbaard nemətlər verdiyi vaxt Ona qarşı itaətsizlik göstərirsənsə, onun əzabından qorx».

5. «Ən üstün zahidlik onu xalqdan gizləməkdir».

6. «Aqilin dili qəlbinin arxasında, axmağın qəlbi dilinin arxasındad