Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

İki rəvayət

Şeytanın tələsi

Bir kişi həmişə namaz qılmaq üçün məscidə gedərdi. Gecə hazırlaşıb paltarlarını geyinib məscidə yola düşür.

Həmin gecə möhkəm yağış yağırdı. Yağış yağdığından yer yaş idi və həmin kişi sürüşərək yerə yıxılır və bütün əyin-başı palçıqlı olur. Bu hadisədən sonra evə qayıdaraq paltarını dəyişib yenidən məscidə yola düşür. Bir neçə qədəm getdikdən sonra yenə də ayağı sürüşür və yerə dəyir. Bu dəfə də evə qaydır və libasını dəyişib məscidə yola düşür.

Bu dəfə yolda əlində çıraq olan bir kişini görür. Əlində çıraq olan kişi ondan onunla birlikdə məscidə getməsini istəyir.

İkisi birlikdə məscidə yola düşürlər. Nəhayət məscidə çatırlar. Kişi əlində çıraq olana şəxsdən məscidə birinci girməsini istəyir, amma o kişi bundan imtina edir və məscidə girmək istəmir.

Kişi ondan soruşur: Məscidə girməmənin səbəbi nədir?

O kişi cavabında deyir: Ona görə ki, mən Şeytanam.

Kişi bir az qorxaraq soruşur: Əgər sən şeytansan, bəs niyə mənimlə məscidə gəldin?

Şeytan deyir: Birinci dəfə məscidə gələndə mən bais oldum ki, sən yerə yıxılasan. Sən ikinci dəfə məscidə gəlmək qərarına gələndə Allah-Taala sənin bütün günahlarını bağışladı. Mən də yenidən bir iş gördüm ki, sən yenə yerə yıxılasan. Amma sən yenə də məscidə gəlmək qərarına gəldiyin üçün Allah-Taala sənin ata-ananın da günahlarını bağışladı. Beləliklə, mən qorxdum ki, sən yenidən məscidə gələsən Allah da sənin bütün ailən və qohumlarının da günahlarını bağışlaya.

Ona görə də səninlə gəldim ki, məscidə salamat çatasan.



İki nəfərə ürəyim yanıb

Bir gün Əzrail həzrət Peyğəmbərin (s) ziyarətinə gəlir. Peyğəmbər (s) ondan soruşur: “Ey qardaş! Neçə min illərdir ki, insanların canlarını almağa təyin olmusan. İndiyə kimi can alarkən kiməsə ürəyin yanıb?”

Əzrail dedi: Bu müddət ərzində iki nəfərə ürəyim yanıb:

1.Bir gün dəniz bərk tufanlı olduğundan kəskin dalğalar gəmini yararsız hala salır və gəminin bütün sərnişinləri suda batır. Yalnız hamilə bir qadın sağ qalır. O taxta parçasına minir və mülayim dalğalar onu adanın sahilinə gətirir. Həmin vaxt hamilə qadın bir oğlan uşağı dünyaya gətirir. Mənə o qadının canını almaq tapşırılır və ürəyim o uşağa yandı.

2.Şədad ibn Ad illərdir istədiyi böyük bir bağ düzəltməyə başlayır. Bütün güc və imkanını, sərvətini bağı tikməyə sərf edir. Kisə-kisə qızıl və cəvahiratını xərcləyərək bağı tikib qurtarır. Bağa baxmaq üçün gedir və atdan düşmək istəyəndə sağ ayağı yerdə sol ayağı atda olanda Allah-Taala tərəfindən onun canının alınma əmri gəlir. O qara bəxt atla yer arasında atın cilovuna ilişir və ölür. Ona görə ürəyim yandı ki, ömrünü o bağı tikmək üçün sərf etmişdi və bağı görmədən bu dünyadan getdi.

Bu vaxt Cəbrail (ə) Peyğəmbərin (s) hüzurana gəlib dedi: Ey Məhəmməd! Allahın sənə salam göndərib və buyurur: “Əzəmət və Cəlalıma and olsun ki, Şədad ibn Ad həmin uşaqdır ki, ucsuz-bucaqsız dənizdə uzaq bir adaya düşmüşdü. Öz lütfümlə ona nicat verdim. Onu anasız böyütdüm və padşahlığa çatdırdım. Bu vəziyyətdə nemətlərimə küfr və təkəbbürlük edərək Bizimlə müxaliflik bayrağını əldə tutdu. Beləliklə, Bizim ağır əzabımız ona şamil oldu. Dünya əhli bilsin ki, Biz insanlara möhlət veririk, amma onları atmırıq.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynzadə


1410 بازدید
در حال ارسال اطلاعات...