Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

Kanadalı professor: Rəhbərin məktubu mənə xüsusi ilham bəxş edib!

Rəhbərin dərin fikirləri tədqiqat işlərimdə mühüm rol oynayacaq
Kanada universitetinin professoru:
İslam İnqilabının Rəhbərinin məktubu mənə xüsusi ilham bəxş edib! Rəhbərin dərin fikirləri tədqiqat işlərimdə mühüm rol oynayacaq.

Nur-az.com-un mashregnews.ir-a istinadən:
Keçən ay yanvarın 23-də Ayətullah Xamenei tərəfindən Avropa və Şimali Amerika cavanlarına müraciət məktubu ictimai şəbəkələrdə yayılaraq böyük maraq doğurub. Ayətullah Xamenei məktubda adı çəkilən qitələrin cavanlarına xəbərdarlıq edir ki, əsl İslamı daxildə yayılan mənfi informasiya çərçivəsindən kənarda, Quranın nurlu sayəsi altında tanısınlar.

Həmin hadisə ilə əlaqədar, dünya qloballaşma teoriyası üzrə Kanada Lethbridge Universitetinin professoru Antoni Holl Ayətullah Xameneiyə cavab olaraq belə yazıb:

“Sizin Avropa və Şimali Amerika qitələri cavanlarına qiymətli müraciət məktubunuz həqiqətən də ilhambəxşdir. Qeydlərinizdə dünya tarixi üzrə yerli xalq və etnosların qətliamları, quldarlıq dövrləri, Qərbin imperialist istilaları kimi mühüm hadisələrə toxunursunuz. Elə düşünürəm ki, sizin dəyərli fikirləriniz tədris-tədqiq işlərimdə böyük rol oynayacaq. Mən özüm tədqiqat işlərində Atlantik okeanının şərqində və Sakit okeanın körfəz sahili ölkələri sırasında İran da daxil olmaqla son vaxtlar yaşanan ədalətsizliklərin işıqlandırılması sahəsində addım atan şəxslərdən biriyəm.

11 sentyabr hadisələrindən sonra İslama qarşı nifrət və bədbinliyin önündə sionizm durur. Ottawada 22 oktyabrda “False Flage” terrorist əməliyyatı, Avstraliyanın Sidney şəhərində dekabr hadisəsi, həmçinin son günlərdə Parisdə baş verənlər çoxlarının fikirlərində şübhə doğurub, Qərbdə islamafobiyanı artırıb. Bütün belə amansızlıqlar və törədilən cinayətlər şeytani proses üzrə bir daha “terrorizm əleyhinə mübarizə” şüarı istiqamətində planlaşdırılan missiyaya xidmət edir. Hazırda bu missiyada Amerika və İsrailin əli ilə təşkil edilən fərzi əl-Qaidə və İŞİD fiqurları rol oynayır…

11 sentyabr hadisəsindəki saxtakarlıqların bənzəri hal-hazırda İsrailin mənafeyi istiqamətində İŞİD-in vasitəsi ilə həyata keçir və Qərbdə İslama qarşı atmosferi tamamilə qaraltmaq üzrədir. Belə fəza yaratmaqla böyük bir planın bir hissəsi olaraq İraqı parçalamaq məqsədi güdülür. Bu missiya sionistlər tərəfindən ta İranı da əhatə edəcək əraziyə malikdir. Bu şeytani prosesə dərindən diqqət yetirilməlidir. Bunların nümunələri Amerika-İsrail tərəfindən İranın nüvə enerjisi təchizatına “kiber-hücumları”nda, sionistlər tərəfindən həmin sahə üzrə mütəxəssislərin terroru, ardıcıl iqtisadi sanksiyalar və münafiqlər tərəfindən əks-inqilab əməliyyatları hadisələrində tam müşahidə olunur…
Odur ki, bütün dünya üzrə ədalətsevərlər vicdan işığı altında birləşib, bəşəriyyət əleyhinə sürən cinayət və haqsızlığa qarşı mübarizəyə qalxmalı və onu sülh və qarşılıqlı bərabərlik və həmrəyliyə çevirməlidirlər. Həqiqətdə bütün dünya üzrə sülh, rifah və stabilliyin formalaşması belə bir ümumbəşəri birliyə bağlıdır ki, İran burada mühüm rol oynaya bilər.
Siz cənab Rəhbərin tarixin belə bir həssas kəsiyində Qərbdə baş qaldıran islamafobiyanın səbəbləri və eləcə də, bundan sui-istifadə edən sionist rejimin dəlicəsinə dünyanın üzünü qaraldan hər hansı çirkin məqsədləri ilə əlaqədar obyektiv bir baxışın formalaşması dairəsində təkid etdikləriniz böyük əhəmiyyətə malikdir.
Biz bütün vücudumuzla bu prosesin qarşısını almağa səy göstərməliyik.”


1148 بازدید
در حال ارسال اطلاعات...