Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

Ayətullah Qazinin İmam Xomeyni haqqında uzaqgörənliyi

Mərhum Munzir İslam İnqilabı və İmam Zamanın (əc) yardımları barədə
İmam Xomeyni 1357-ci ilin bəhməm ayından çox qabaq şah rejimi üzərində qələbədən əminliklə danışırdı. O, rejim hələ möhkəm dayandığı zaman buyurmuşdu: "Şah gedəsidir. Siz qələbədən sonrakı günlər, görüləsi işlər barədə düşünün."
Fars News Agency nəql edir: İmam Xomeyninin rəhbərliyi ilə İran İslam İnqilabı tarixin nadir hadisələrindəndir. Bu inqilab şərq və qərb supergüclərinə arxalanan, təpədən dırnağadək silahlanmış Pəhləvi rejimini süquta uğratdı. Şahlıq üsul-idarəsinə İranda əbədilik son qoyuldu.
Mərhum höccətülislam vəlmüslimin Munzir inqilabın amilləri barədə yazır:
İnqilabın zahiri, maddi amilləri barədə bu günə qədər çox danışılıb. Amma İmamın nur partlayışı, ilahi möcüzə adlandırdığı bu hadisənin kölgədə qalmış cəhətləri barədə danışmağın yeri var. Zahiri amillərin fövqündə qeybi bir yardımın olmasına güclü dəlillər var. Allahın yardımı, məsumlar, xüsusilə İmam Zamanın (əc) köməyi bu inqilabda xalqa ruh yüksəkliyi verən danılmaz gerçək idi.
Bəsirtəli mərifət əhli zalım şah rejimi dövründə gələcəklə bağlı çox şeyi görürdü. Xüsusilə şəmsi 1356-cı il, inqilabın son dövründə zahiri amilləri üstələyən qeybi yardımlar özünü göstərirdi.
Hələ qəddar rejimin təhlükə hiss etmədiyi dövrdə İmam Xomeyninin yazılarında gələcəklə bağlı ümidverici sözlərlə rastlaşırıq. İmamın 1345-ci il, 19 xordadda (12 il inqilabdan qabaq) şəhid Ayətullah Səidi və başqa alimlərə yazdığı məktublar bu sıradandır.
İmam inqilabdan aylarla öncə əminliklə deyirdi ki, şah gedəsidir, qələbədən sonrakı günlər barədə düşünmək lazımdır. O zaman mühəndis Bazərqan şah rejimi ilə addım-addım mübarizədə məclisdə yer qazanmağa çalışırdı. 1357-ci il, 14 mehrdə İmam Nəcəfdən Parisə getdi. Hələ ki şah rejimi öz işində idi. Rejimin süqutu kiminsə ağlına gəlmirdi. Həmin günlərdə İmamla görüşənlər inqilabın qələbəsi barədə qətiyyətli sözlər eşidirdilər. Mərhum Fəlsəfi xatirələrində deyir: İmam Parisdə olanda onunla görüşə gələnlər çox idi. Onlardan biri də cənab Mütəhhəri idi. O, Parisə yola düşməzdən qabaq mənimlə görüşdü və İmama bir sözüm olub-olmadığını soruşdu. Mən nəzərdə tutduğum bir neçə məsələ barədə danışdım. Mərhum Mütəhhəri sağollaşıb getdi. O qayıdanda görüşünə getdim. Mənim sözlərimi İmama çatdırıb cavab almışdı. Dedi: "Mən heyrətdəyəm. Dişinin dibinə qədər silahlanmış rejimi ABŞ, Britaniya, Fransa himayə edir. İmamdan soruşdum ki, təhlükə ciddidir, nə düşünür. Buyurdu ki, biz qalib gələcəyik. Mən İmam kimi əzəmətli bir insandan soruşa bilmirdim ki, axı hansı əsasla qalibik? Yalnız bunu deyə bildim ki, bu barədə İmam Zaman (əc) bir söz deyir? İmam sualıma cavab vermədi, bir də təkrarladı ki, biz qalibik! Soruşdum ki, sizə ilham gəlib? Bir daha "qalibik" buyurdu. Dedi ki, tank-toplara baxma, qələbə bizimdir!" Şəhid Mütəhhəri bu sözləri həyəcanla danışırdı. Deyirdi ki, İmamın hansı əsasla belə əmin olduğunu başa düşmədim.
Bəli, inqilabdan çox qabaq belə bir günlə bağlı sözlər deyilirdi. Şeyx Abbas Quçani Mirza Əli Ağa Qazinin ən yaxın adamlarından olub. Höccətülislam vəlmüslimin Təyyar Şeyx Quçaninin dilindən nəql edir:
Günortadan sonra (əsr) mərhum Qazinin evində yığıncaq olardı. 10-15 nəfərdən ibarət tələbələrə əxlaq və tövhiddən danışardı. Mən də bu məclislərdə olardım. Eşitmişdik ki, Qumda Ruhullah adlı bir ruhani əxlaq dərsi keçir. Amma şəxsən görüşməmişdik.
Bir gün mərhum Qazinin hüzurunda olduğumuz zaman gənc bir seyid gəldi. Salam verib, sakitcə bir guşədə əyləşdi. O daxil olandan sonra Qazi söhbəti kəsdi. 15 dəqiqəyə qədər başını aşağı salıb dinmədi. Sonra başını qaldırıb mənə dedi ki, filan kitabı gətir. Kitabı gətirdim. Dedi oxu. Soruşdum ki, haradan oxuyum? Dedi haranı açsan oradan oxu. Açdım və oxumağa başladım. Söhbət Bəni-İsrail arasındakı zalım hakimdən gedirdi. Bu hakim xalqa zülm edirmiş. Nəhayət bir alim gəlir və deyir ki, mən bu zalım hakimi məmləkətdən çıxaracağam. Alim xalqı ayağa qaldırıb hakimi qovur. Əhvalatın bu yerinə çatana qədər başını qaldırmadan qulaq asan cənab Qazi buyurdu ki, dayan, bəsdir. Buyurdu ki, kitabı yerinə qoy. 5 dəqiqə başını aşağı salıb dinmədi. Gənc seyid ayağa qalxdı, sağollaşıb getdi. Biz uzun müddət bu hadisənin sirrindən xəbərsiz qaldıq. Nəhayət , 15 xordad qiyamı oldu və xəbər yayıldı ki, Ayətullah Xomeyninin rəhbərliyi ilə xalq ayağa qalxıb. Elanlar Nəcəfə gəlib çatdı. Sonra İmam Nəcəfə sürgün edildi. Biz Nəcəfdə onun görüşünə getdik. İlk görüşdə yerimizdə donub qaldıq. O, məlum hadisə zamanı cənab Qazinin görüşünə gələn gənc seyid idi! Yalnız o zaman anladıq ki, Qazinin bizə oxutdurduğu əhvalatdakı alim Ayətullah Xomeyni, zalım hakim İran şahı imiş!

Vilayet.nur-az.com


1395 بازدید
در حال ارسال اطلاعات...