Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2015

İlqar İbrahimoğlu: İŞİD-in əməlləri İslama ziddir

Bir neçə ay bundan əvvəl Suriya üzərində uçuş icra edərkən təyyarəsi düşmüş iordaniyalı pilotun İŞİD tərəfindən diri-diri yandırılaraq qətlə yetirilməsi İordaniyada böyük hiddət və qəzəblə qarşılanıb. İordaniya hərbi qüvvələri pilot Muas Əl-Kasasbenin qətlinə cavab olaraq İŞİD-ə qarşı hərbi əməliyyatların intensivləşdiriləcəyini elan edib. İordaniya kralı Abdulla İŞİD yaraqlılarına qarşı amansız müharibə elan edib.
İraq və Suriyada İŞİD-in zorakılıqlarının əsas hədəfi Qərb ölkələrinin vətəndaşları ilə yanaşı, Yaxın Şərq regionun dinc sakinləridir. İŞİD-in qəddarlıqla qətlə yetirdiyi insanların böyük əksəriyyəti müsəlmanlardır. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda dindarların zorakı terrorçu qrupun törətdiyi əməllərə münasibətini Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi DEVAMM-ın rəhbəri Hacı İlqar İbrahimoğlu şərh edib.
"Baş verənlər bizi çox narahar edir və hesab edirik ki, bunun ümumiyyətlə insanlığa aidiyyəti yoxdur və İslam inancı ilə birmənalı şəkildə ziddiyyət təşkil edir" - İlqar İbrahimoğlu deyib.
“Hesab edirik ki, İŞİD təkfirçi vəhhabi qruplaşması terror təşkilatıdır və terror təşkilatına da münasibət birmənalıdır. Onların etdiyi cinayətlər təbii ki, bütün insanları və bəşəriyyəti narahat edir. Biz Azərbaycan müsəlmanlarını da xüsusilə narahat edir. Çünki bunlar öz cinayətlərini həm də bizim müqəddəs torpaqlarımızda, İraqda gündəlik həyata keçirirlər. Həzrət İmam Hüseynin (ə) zəvvarlarına qarşı da illərdir həyata keçirirlər. Bunların bu gün növbəti addımları hesab edirəm ki, son aylar edilənlərin məntiqi davamıdır. Həm də bunların arxasında dayanan, bunları yetişdirən və bu gün onların bu formada mövcudiyyətini