Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2015

İlqar İbrahimoğlu: İŞİD-in əməlləri İslama ziddir

Bir neçə ay bundan əvvəl Suriya üzərində uçuş icra edərkən təyyarəsi düşmüş iordaniyalı pilotun İŞİD tərəfindən diri-diri yandırılaraq qətlə yetirilməsi İordaniyada böyük hiddət və qəzəblə qarşılanıb. İordaniya hərbi qüvvələri pilot Muas Əl-Kasasbenin qətlinə cavab olaraq İŞİD-ə qarşı hərbi əməliyyatların intensivləşdiriləcəyini elan edib. İordaniya kralı Abdulla İŞİD yaraqlılarına qarşı amansız müharibə elan edib.
İraq və Suriyada İŞİD-in zorakılıqlarının əsas hədəfi Qərb ölkələrinin vətəndaşları ilə yanaşı, Yaxın Şərq regionun dinc sakinləridir. İŞİD-in qəddarlıqla qətlə yetirdiyi insanların böyük əksəriyyəti müsəlmanlardır. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda dindarların zorakı terrorçu qrupun törətdiyi əməllərə münasibətini Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi DEVAMM-ın rəhbəri Hacı İlqar İbrahimoğlu şərh edib.
"Baş verənlər bizi çox narahar edir və hesab edirik ki, bunun ümumiyyətlə insanlığa aidiyyəti yoxdur və İslam inancı ilə birmənalı şəkildə ziddiyyət təşkil edir" - İlqar İbrahimoğlu deyib.
“Hesab edirik ki, İŞİD təkfirçi vəhhabi qruplaşması terror təşkilatıdır və terror təşkilatına da münasibət birmənalıdır. Onların etdiyi cinayətlər təbii ki, bütün insanları və bəşəriyyəti narahat edir. Biz Azərbaycan müsəlmanlarını da xüsusilə narahat edir. Çünki bunlar öz cinayətlərini həm də bizim müqəddəs torpaqlarımızda, İraqda gündəlik həyata keçirirlər. Həzrət İmam Hüseynin (ə) zəvvarlarına qarşı da illərdir həyata keçirirlər. Bunların bu gün növbəti addımları hesab edirəm ki, son aylar edilənlərin məntiqi davamıdır. Həm də bunların arxasında dayanan, bunları yetişdirən və bu gün onların bu formada mövcudiyyətini təmin edən beynəlxalq güclər mövcuddur. Baş verənlər bizi çox narahar edir və hesab edirik ki, bunun ümumiyyətlə insanlığa aidiyyəti yoxdur və İslam inancı ilə birmənalı şəkildə ziddiyyət təşkil edir. Bu gün bütün bəşəriyyət öz qüvvələrini toparlayıb buna qarşı çıxmalıdır və imitasiya formasında deyil, gerçəkdən bunların qarşısına çıxılmalıdır. Bunlara istifadə olunma aləti kimi baxılmamalı və istifadə edilməməlidir”.
İlqar İbrahimoğlu günahsız insanların qətlə yetirilməsi praktikasının İslam dini ilə heç bir əlaqəsi olmadığını xüsusi vurğulayıb.

“Hesab edirəm ki, son illər yanlış bir praktikanın nəticəsində ictimai rəydə belə bir fikir yaranır ki, guya bu məsələlərin radikal İslama aidiyyəti var. Mən bir daha qeyd etmək istəyirəm ki, İslam inanc olaraq günahsız insanlara qarşı bu kimi zorakılıqlara, terrora qarşı çıxır. Bu məsələlərin hər hansı bir dinə, millətə, məzhəbə aid edilməsi birmənalı olaraq yolverilməzdir. Ona görə də bir daha vurğulamaq istərdim ki, baş verənlər insanlığa, bəşəriyyətə, hər hansı dəyərlərə qarşı olan cinayətdir və bütün İlahi dinlərin ardıcılı olan insanlar və ümumiyyətlə, vicdanı olan bütün insanlar bu cinayətlərə qarşı səfərbər olub dayanmalıdır”.
Özünü "İslam Dövləti" adlandıran qrupun zorakı əməlləri Yaxın Şərq ölkələrinin yüksək səviyyəli rəsmilər, din xadimləri və cəmiyyətləri tərəfindən nə dərəcədə pislənir? İlqar İbrahimoğlu:
“Qrupun özünü belə adlandırması, İslam adına çıxış etməsi və qrupun islam aksessuarlarına malik olması - bunlar hamısı əslində şüurlu surətdə İslama qarşı düzəldilmiş və əslində, İslamı gözdən salmaq üçün ortalığa atılmış mövzulardır. Özünə hörmət edən bütün İslami inanclılar, İslami ruhanilər, bütün aparıcı İslami dövlətlər bu terroru, bu terror qrupunu, təkfirçi vəhhabiliyi hər zaman pisləmişdir və bu gün də pisləməkdədir. Əksinə, biz görürük ki, Qərbin bəzi siyasətçiləri bu qrupla öz maraqları üçün müəyyən sazişlərə gediblər, bu gün də getməkdədirlər və əslində bu mənada anlaşılmayan olan da budur”.
/amerikaninsesi.org/


1127 بازدید
در حال ارسال اطلاعات...