Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2015

İraq müharibəsinə qoşulmuş kişi – Qasim Süleymani

Cəbhələrin toz-torpağı həmişə onunladır.
İŞİD-in dəhşətli cinayətləri İraq və Suriyanı başına alıb, ərəb ölkələrinin başçıları isə eyş-işrətlə məşğuldurlar. Heç elə bil, bir qrup dinsiz və kafir ölkələrinin iki addımlığında qeyri-insani cinayətlər törətmirlər...
Amma bir nəfər bu qaniçənlərlə vuruşur və get-gedə bütün vücudunu qorxu bürüyür. Söhbət İraq müharibəsinə qoşulmuş kişidən – Qasim Süleymanidən gedir.

Süleymani bu gecələr İŞİD qəddarlıqlarının qorxusundan rahat yata bilmir. Bəli, iranlı general qorxur və hər gecə yuxudan diksinir. Hərçənd, ona “general” deyirlər və adı Qasim Süleymanidir.
O, Allah ordusunun komandanlarından olsa da, qorxur.
O, qorxur, amma bizim kimi, bütün qorxaqlar kimi yox. O, İŞİD-in yeni qətllər törətməsindən, baş kəsməsindən qorxur.

Qorxur; çünki o, böyük sərkərdə, Allah adamı və İmam Mehdinin həqiqi əsgəridir.
Qorxur; çünki o, Kərbəlada iki hərəm arasında dəfələrlə səcdəyə getmişdir.
Qorxur ondan ötrü ki, yatar, qatil və cəlladlar isə oyaq olarlar.
Qorxur ondan ötrü ki, İŞİD-çilərin adam öldürdükləri zaman rahat nəfəs almış olar.
General Süleymani qorxur ki, özü yaşaya-yaşaya Mövla Əli eşqinə görə məzlum insanların başı kəsilər.
Süleymani qorxur!

Süleymani qorxur ki, başı dünyaya qarışar və vəhşilərlə cihadı yaddan çıxarar.
Süleymani qorxur ki, yezidçilər gələndə Kərbəlada olar və o, gedib və ya qalmaqda tərəddüd edər.

Cəbhələrin toz-torpağı həmişə onunladır.
İslam sərkərdəsinə can sağlığı arzusu ilə!

Nur-az.com/qasemsoleimani.ir


1349 بازدید
در حال ارسال اطلاعات...