Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2015

Onu öldürdülər? (İran şahının aqibəti)

Şah İrandan çıxanda artıq ölmüşdü!
İran İslam İnqilabının qələbəsindən öncə İrandan qaçmış şah Məhəmməd Rza Pəhləvinin aqibəti əksər diktatorları pərişan edən, həm də düşündürən bir aqibətdir. Şahla bağlı suallardan biri onun təbii ölümlə dünyadan getməsi, yoxsa qətlə yetirilməsidir. Təbii ki, söhbət fiziki ölümdən gedir. Əslində şah İrandan çıxanda ölmüşdü.
Ölüm zamanı şahın yanında olan Fəridə Diba deyir: "Cərrahiyyə əməliyyatı aparılan otaqdan çıxan misirli həkim şahın iki amerikalı həkiminə etirazla dedi ki, onlar şahı qəsdən öldürürlər." 1980-cı il, 27 yanvarda səhər saat 9-da şah öləndə (Misirdə) şahın dul qalmış arvadı Fərəh, qızı Fərəhnaz, qaynanası Fəridə Diba, bacısı Əşrəf Pəhləvi, bacısının sabiq əri Ərdəşir Zahidi bu ölüm səhnəsinin şahidi idilər. Şahın cəsədi tabutda xəstəxanadan 5 km aralıdakı Əl-Rəfai məscidinə aparıldı. Adətən Misir şahları öləndə bu məsciddə saxlanırdı. Hələ bir ay öncə şah üçün qəbir qazılmışdı. Onun cənazəsini sabiq ABŞ prezidenti Nikson, Henri Kisincer, Ənvər Sadat, sabiq Yunan kralı və şahın dostu Konstantin, İsrail və Mərakeş səfirləri müşayiət edirdi.
Pars şəbəkəsi belə bir xəbər yaydı: "Şahənşah, dövrün fironu Məhəmməd Rza Pəhləvi öldü. Tarix təkrarlanır. Misir fironlarının yanında bir fironun da canı çıxdı. Alçalmış, rüsvay olmuş, rəzil bir vəziyyətdə!" Allahın əmri ilə dəniz Fironun cəsədini bayıra atdı ki, başqalarına ibrət olsun. O, tağut və tağutçuların simvolu idi."
ABŞ dövləti bəyanatla çıxış edib şahın ailəsinə başsağlığı verdi. Bəyanatda deyilirdi: "Bizə xəbər çatdı ki, sabiq İran şahı Qahirədə ölüb. Prezident Karter və onun xanımı şahın ailəsinə başsağlığı verir. Prezident və onun xanımı bu ağır itki müqabilində şahın ailəsi ilə həmdərd olduğunu bildirir. ABŞ səfiri başsağlığı məktubunu şahın ailəsinə çatdıracaq. Şah 38 il İranın rəhbəri oldu. Tarixə yazılacaq ki, o təbəddülatlar dövründə İrana rəhbərlik edib. Onun ölümü İranda tarixi bir dövrün sona çatmasıdır. Ümid edirik ki, bundan sonra sülh və sabitlik olacaq."
Bu başsağlığı müraciətində şahın cinayətləri öz əksini tapmasa da, milli mənafelərə xəyanət etmiş əlaltı bir başçının aqibətinə təəssüf hiss edilir. Uzun müddət şah və İranın sərvətlərindən qəddarlıqla istifadə etmiş Amerika quru bir başsağlığı ilə vəzifəsini yerinə yetirdiyini düşünür. Amerika şahın xalqa xəyanətini dilə gətirməsə də İslam İnqilabının qələbəsindən sonra onu açıq müdafiə etmək fikrində də olmayıb.
Fərəhin anası, şahın qaynanası Fəridə Dibanın "Qızım Fərəh" adlı xatirələr kitabında şahın ölümündən sonra bu ailənin rəzil və avara həyat tərzi qələmə alınıb. O yazır: "Fərəh övladlarının təhsil və sığınacaq məsələsini həll etdikdən sonra həmişə həsrətində olduğu Parisə getdi. Atasının ölümündən sonra iki il Mərakeşdə qalan Rzacan Amerikaya gəldi."
Əşrəf Nyu-Yorkda bahalı göydələnin yüzüncü mərtəbəsində yaşayırdı. O, Əmir Huşəng Ənsari ilə turizm şirkəti açmışdı. Hava və dəniz nəqliyyatına sərmayə qoyan Əşrəf Amerikanın milyarderlərindən birinə çevrildi."
Şahın ölümündən sonra onun ailə üzvləri ölkədən oğurlanmış pulları dağıtmaqla məşğul idilər. Fəridə Diba yazır: "Qızım Fərəh ixtiyarında olan pulları Rokfellerin köməyi ilə bir neçə şirkətə yatırdı. Rzacan da ABŞ neft şirkətlərinə sərmayə qoydu. Amma şahın ölümündən sonra problemlər hər gün artırdı. Xaricdə şahın işini aparanların əksəri böyük məbləğdə pullarla birlikdə yoxa çıxdılar. İyirmi il ötsə də, biz hələ İsveç, Lixtenşteyn banklarındakı pullarımızı ala bilmirik."
Fəridə Diba şah ayıləsini soymaqla məşğul olanları yada salır: "Qızımı soyan təkcə avara qəzetçi və siyasətçilər deyildi. Hətta böyük kapitala malik olan Qulam Rza (şahın qardaşı) qızımı soymaq üçün hər yola əl atırdı. Hansı ki Londanun ən bahalı malikanələrindən biri ona məxsus idi."
İslam Respublikası orqanları işə başlayan gündən millətin oğurlanmış sərvətlərinin geri qaytarılması istiqamətində fəaliyyətə başladı. Şahın ölümündən dərhal sonra Mərkəzi Bankın rəisi Əliriza Nobəri oğurlanmış sərvətlərin geri qaytarılması üzrə işin məsulu olaraq Fransa şəbəkələrinə verdiyi müsahibədə demişdi: "Şahın ölüm xəbəri xoş olsa da, onun beynəlxalq məhkəmədə mühakiməsi daha çox arzu edilirdi... İran dövlət məsulları şah və ailəsi tərəfindən qarət olunmuş sərvətin geri qaytarılması üçün bütün tədbirləri görəcək..." Təəssüf ki, bu günə qədər bu istiqamətdə görülən işlər beynəlxalq təşkilatlar və pəhləvilərin hamilərinin maneçiliyi səbəbindən arzulanan nəticəyə çatmayıb.
Misirin millətçi rəhbəri Camal Əbdünnasir İran şahına nə qədər müxalif idisə, Ənvər Sadat bu sülalə ilə bir o qədər yaxın və şahla strateji mütttəfiq idi. Şah İrandan qaçandan sonra hətta Amerika kimi ağası ona sahib durmayanda Misir prezidenti onu qəbul etdi. Ənvər Sadat şaha sığınacaq verməyini dostluq əlaqələri ilə izah etsə də, əslində şah 1974-cü il müharibəsindən sonrakı yaxşılıqlarının əvəzini alırdı.
Məhəmməd Rza Pəhləvi İrandan çıxandan sonra ölümünə qədər ötən 14 ayda çox qapılar gəzdi. Əvvəlcə Misirə getdi. Sonra Mərakeşə yola düşdü. 1980-cı ildə kimsə ona sığınacaq vermək istəməyəndə Sadatın dəvəti ilə növbəti dəfə Misirə getdi.
Misir prezidentinin administrasiyası 1359-cu il, 5 mordadda elan etdi ki, şah ölüb. Bu barədə ilk məlumatı verən Müsəlman Qardaşları olmuşdu. Misir dövləti şahın ölümü ilə bağlı 3 gün matəm elan etdi. Şahın ölümündən sonra onun ailəsi bir ilə yaxın Qahirədə yaşadı. Sonra bu ölkədən getməyə qərar verdilər.
İranda şahın ölüm xəbəri böyük sevinclə qarşılandı. İnsanlar küçələrə axışıb şənlik keçirirdi. Tehran keçələri bəzədilmişdi, qəzetlər bu xəbəri manşetə çıxarmışdı. Şahın ölümü İmam Həsənin (ə) mövlud gününə düşdüyü üçün şadlıq ikiqat hiss olunurdu. 2500 illik şahlıq istibdadından sonra xalq azadlıqdan ləzzət alırdı. Şahın ölümü ilə bağlı heç bir dövlət rəsmisi münasibət bildirmədi. İnqilabçı zümrə şahı çoxdan ölü sayırmış kimi bu xəbərə adi yanaşırdı.
Şahın ölümü ilə bağlı ilk rəsmi açıqlamanı İran XİN-nin sözçüsü Mahmud Haşimi Yapon rəsmiləri ilə söhbətdə dilə gətirmişdi. Haşimi demişdi: "Biz Qahirədən rəsmi məlumat almışıq ki, şah ölüb. Amma xəbərin təsdiqlənməsi üçün onun cəsədi göstərilməlidir."
Dövrün prezident sözçüsü Musəvi Gərmarudi demişdi: "Bizim üçün şah çoxdan ölüb. Onun ölüm xəbəri bizdə həyəcan yaratmadı." Sözçü şahın ölümündən sonra ABŞ-la münasibətlər barədə demişdi: "Şahın ölümü münasibətlərə təsir göstərməyəcək. Məclis qərar çıxarmalıdır ki, şahın ölümü 52 amerikalı girovun taleyinə necə təsirli olacaq."
Şah İrandan qaçandan sonra, Misir, Mərakeş, Meksikada qalıb, müalicə bəhanəsilə Amerikaya getdi. Amma Amerikanın Tehrandakı səfirliyi casus yuvası olaraq tutulanda, casuslar girov götürüləndə təhlükə hiss edən Ağ Ev dərhal şahı ölkədən çıxardı. Şah bir qədər Panamada dolaşıb Misirə qayıtdı.
Şahın ölümündən dərhal sonra amerikalı girovlar məsələsi gündəmə gəldi. 1358-ci il, 13 abanda inqilabçı tələbələr səfirliyi ələ keçirdi. Girovların azad edilməsi üçün tələblərdən biri şahın mühakimə üçün təhvil verilməsi idi. Amma ABŞ şah ölən günə qədər bu sahədə addım atmadı.
Amerika rəhbərləri ümid edirdilər ki, şah öləndən sonra İran rəhbərlərinin Amerikaya münasibəti dəyişəcək. Hətta Yaponiya XİN elan etdi ki, şahın ölümü amerikalı girovların azad edilməsinə yol aça bilər. Amma heç bir dəyişiklik baş vermədi. Çünki girovların azad edilməsi müqabilində ABŞ heç bir tələbi yerinə yetirməmişdi. ABŞ mətbuatı yazırdı ki, şahın ölümü girovların ailələri üçün ümid qapısı açmadı. Girovlardan birinin anası demişdi: "Biz şahın ölümünün girovların taleyinə təsir göstərəcəyinə inanmırıq." Başqa girovların yaxınları da şahın ölümünü bu hadisəyə təsirli saymırdı.
Amerikalı professor Norman Ford girovların azad edilməsi məqsədi ilə bir neçə dəfə İrana səfərə gəlmişdi. O, şahın ölümünün bu hadisəyə təsirini inkar edərək demişdi: "Əsas problem İranla Amerika arasında razılaşma olmamasıdır. ABŞ-ın şah dövründə İranın daxili işlərinə qarışması ciddi maneədir. Şah bu müdaxilədə simvolik elementdir." 1358-ci il milad bayramında girovlarla görüşə gəlmiş keşiş Tomas Kamilton demişdi: "Şah bir neçı ay qabaq ölsəydi bu təsirli ola bilərdi. Amma hazırda onun ölümü heç nəyi dəyişmir."
Bu günə qədər qaranlıq qalmış məsələlərdən biri budur ki, şah öldü, yoxsa öldürüldü? ABŞ girovların azadlığı üçün şahı İrana qaytarmağa məcbur idi. Digər tərəfdən inqilabçı tələbələrin tələbini yerinə yetirmək Ağ Evə ağır gəlirdi. Belə bir fikir var ki, Amerika bu çətin vəziyyətdən çıxmaq üçün şahın ölümü yolunu seçdi. Şahın ölümü inqilabçıların tələbini avtomatik olaraq aradan qaldırırdı.
Şahın ölümündən sonra İslam Cümhuriyyəti qəzeti belə bir başlıqla məqalə dərc edi: "Amerika şahı qətlə yetirdi!" Ölüm zamanı şahın yanında olan Fəridə Diba deyir: "Cərrahiyyə əməliyyatı aparılan otaqdan çıxan misirli həkim şahın iki amerikalı həkiminə etirazla dedi ki, onlar şahı qəsdən öldürürlər." Misirli həkimlərin etirazlarından sonra Əşrəf Pəhləvinin dəvət etdiyi amerikalı həkim Kolman da əməlyyatın düzgün aparılmadığını təsdiqləyib. Amma naməlum telefon zəngindən sonra Kolman dərhal xəstəxananı tərk edib. Sonra şahın qarnını növbəti dəfə yaran həkim iki litr çirk yığıldığını görüb. Aydın olub ki, xərçəngə yoluxmuş qara ciyərin ilk əməliyyatda kəsilmiş hissəsindən bir parçası qarından götürülməyib. Əməliyyatı həyata keçirən həkim bunun təsadüfi hadisə olduğuna unanmadığını bildirib!..

Vilayet.nur-az.com


188 بازدید