Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2015

Məst dünyada

Oğruların dünyasında
kəlmə-kəlmə pul qazanan qələmçiyə,
Bir ömür qəmdən üzülüb
ağrıdan tir-tap uzanan qələmçiyə,
Vicdanı donmuş dünyada
Allah eşiqnə qızınan qələmçiyə
Yalnız Səni sevir deyə,
Böyük Rəhbər deyir deyə
Xain, cahil damğasını basanlara,
əli çatsa bayrağından asanlara
lənət olsun!

Sevirəm ki, yaşıl, mavi, qırmızı yox,
məşuq üçün sibğətullah – bircə rəngə boyanmısan,
Sevirəm ki, bir ölkənin evin kimi,
bir millətin balan kimi keşiyində dayanmısan,
Sevirəm ki, yağı düşmən gecə yarı
ilan kimi sərhədinə sürünəndə oyanmısan.
Qoruyursan hər ağacın yarpağını, çiçəyini,
qoruyursan övladların papağını, ləçəyini...
Məst dünyada eşq cəbhəsin seçənlərə,
bu haqq yolda həyatından keçənlərə
rəhmət olsun!

Arzu Eyvazov
<