Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2015

Bəla və günah arasında bağlılıq

Varlıq aləmində baş verən bütün kiçik və böyük hadisələrin hikməti var. Planeti silkələyən zəlzələlər də bu qəbildəndir
İslam bəlaların fəlsəfəsi, hikməti haqqında nə buyurur?

İslamda bəla və çətinliklərin səbəbləri haqqında geniş danışılır. Varlıq aləmində baş verən bütün kiçik və böyük hadisələrin hikməti var. Planeti silkələyən zəlzələlər də bu qəbildəndir. Bəzi səbəbləri, hikmətləri nəzərdən keçirək:

Bəlanın birinci hikməti imtahan, sınaqdır. Allah-Taala Qurani-Kərimdə bəzi bəlaları imtahan kimi tanıtdırır.
Ənbiya, 35: Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! 

(كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَ)

Bəqərə, 155: Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) Səbr edən şəxslərə müjdə ver!

(وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ ۗ وَبَشِّرِ الصَّابِرِينَ)

Bəs nə üçün Allah bəndəni sınağa çəkir? Onu tanımırmı? Əlbəttə ki, Allah bəndələrini tanıyır və bu sınaqda məqsəd Allahın bəndəni tanıması deyil. Bu sınaqlar insanın seçim aparması, inkişaf və ya süqutu üçün zəmin yaratmaq üçündür. İnsan bəlalara müxtəlif şəkillərdə reaksiya verir. Bəzən səbirlə şükür yerinə yetirir, bəzən tələsik etiraz edir. Onun etiqadi və əməli reaksiyaları xoşbəxtlik və ya bədbəxtliyə doğru addım olur. Bəla və çətinliklə rastlaşan insan ya səbir etməklə Allahın razılığını qazanır, ya bəlanı özünə zülm sayıb etiraz etməklə bədbəxtliyə tərəf gedir. Allah bəndəni sınağa çəkir ki, onun öz dini vəzifəsinə əməl edib-etməməsini sübuta yetirsin. Yəni bəndənin özünə sübut olsun ki, o kimdir.
Mulk, 2: Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.

(الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ الْعَزِيزُ الْغَفُورُ)

Bəlanın ikinci hikməti insanın pis əməllərə görə cəzalandırılmasıdır. Cəmiyyət və insanın sorağına gələn bir çox bəlalar ilahi əzabdır. Allah-Taala Qurani-Kərimdə Ad, Səmud, Lut qövmlərinə gələn əzabdan danışır.
Bu mövzuda bir neçə nöqtə üzərində dayanmaq lazım gəlir. Quran bildirir ki, əzaba şərait yaradan insane özüdür.
Şura, 30: Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.

(وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَنْ كَثِيرٍ)

Allah-Taala insanın çox günahlarını bağışlayır. Bununla belə o yenə günah sorağına gedir və sonda cəzalandırılır.
Həzrət Peyğəmbər (s) buyurur: Ümmətim sələmçi, ribaxor olanda zəlzələ çox baş verər.
(مستدرك، ج 13، ص 333)
İmam Sadiq (ə) buyurur: İnsanlar aşkar şəkildə sinaya gedəndə zəlzələlər baş verər.
(من لايحضره، ج 1، ص 524)
Əslində insanın dünyada cəzalandırılması ilahi lütfdür. Dünyada yüngül cəza alan insan ağır axirət əzabından azad olur. Bəzən yolunu azmış şəxsi dost-tanışı sıxıntıya salır, ondan üz döndərir. Əgər bu işi görməsələr həmin şəxs cinayətlərini davam etdirib həbsə, hətta ölümə məhkum edilə bilər.
Allah göndərdiyi bəla və çətinliklərlə insan xəbərdarlıq edir.
Səcdə, 21: Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!

(وَلَنُذِيقَنَّهُمْ مِنَ الْعَذَابِ الْأَدْنَىٰ دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ)

İmam Sadiq (ə) buyurur: Allah günaha yol vermiş bəndənin xeyrini istəsə, ona bəla və çətinlik göndərər. Allah ganahkardan üz çevirsə, günahdan sonra ona nemət artar. Birinci halda bəndə tövbəyə tələsər, ikinci halda Allahı yaddan çıxarar.
(بحار ، ج 67، ص 229)

Bəlanın üçüncü hikməti insanın məqamını yüksəltməkdir. Bəla və çətinlikləri səbirlə qarşılayan, Allaha şükür edən insan savab qazanır, axirət səfərinə hazırlaşır.
Həzrət Əli (ə) buyurur: Şiələrimizdən kim bəlaya düçar olanda şükür etsə, onun üçün min şəhidin savabı var.
(المتحيص، ج 59، ص 125)
İmam Baqir (ə) buyurur: Əgər mömin insan bəlalara səbir etməklə hansı savaba çatacağını bilsəydi bədəninin qayçı ilə doğranmasını arzu edərdi.
(بحارالانوار، ج 67، ص 24)

Bəlanın dördüncü hikməti ilahi sifətlər və nemətlərin zühurudur.
Yusuf, 105: Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında düşünməzlər).

(كَأَيِّنْ مِنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ)

Bəlanın beşinci hikməti insanı günahdan təmizləməkdir. Allah sevdiyi bəndələri bəla və çətinliklə paklayar. Əlbəttə ki, bəla və çətinliyə səbir edən paklanar, etiraz edən bədbəxtliyə düçar olar.

Bəla və çətinliyin altıncı hikməti insanı dünyaya rəğbətsiz, axirətə rəğbətli etməkdir.
Bəlanın yeddinci hikməti insanı əxlaqi çirkinliklərdən təmizləməkdir. Çətinliklərin səbirli insan üçün tərbiyəvi təsirləri var.

Nəticə:
1.Heç bir bəla və çətinlik hikmətsiz deyil. İmam Sadiq (ə) buyurur: Dərinin cızılması, bir sillə, yıxılmaq, ayaqqabının ipinin qırılması, bütün çətinliklər bəla nümumələridir.
(بحارالانوار، ج 81، ص 191)
2. Yalnız övliyalar bəlanın hikmətindən xəbərdar ola bilər. Adi insane deyə bilməz ki, bu bəla mənim məqamımı yüksəltmək üçün gəlib. Adi insan bəla gələndə qorxu ilə ümid arasında olmalıdır.
Əraf, 55,56: Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!
Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!

(ادْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُعْتَدِينَ)
(وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا وَادْعُوهُ خَوْفًا وَطَمَعًا ۚ إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِنَ الْمُحْسِنِينَ)

3. Bəlanın hikməti istənilən bir halda xeyir və həqiqətdir. Həzrət Əli (ə) buyurur: Səhər açılanda yoxsul ya varlı, xəstə ya sağlam olmaqdan qorxmuram. Çünki Allah buyurur: Mən möminlə yalnız onun xeyirinə rəftar edirəm.
(التمهيد ج 57، ص 114)
4.İstənilən bir bəla qarşısında çıxış yolu göstərilib. Həzrət Peyğəmbər (s) bu