Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2015

Məhəbbət dini (Əllamə Təbatəbainin baxışlarına əsasən)

İnsanın məhəbbət cazibəsi o qədərdir ki, insanı qul olma həddinə qədər çatdıra bilər. Necəki deyiblər: "İnsan yaxşılığın quludur"
Ruhun tərbiyəsində məhəbbətin rolu danılmazdır. Həqiqi məhəbbətin bağlı olduğu isə, Allahın sonsuz varlığı və tükənməz kəmalı sayılmışdır. Dəqiq olaraq buna görə, Əllamə Təbatəbai (r) tövhidə əsaslanan əxlaqi tərbiyənin ən mühüm üslubunun bəndəlik sevgisi üslubu olduğu qənaətindədir.
Eşq və məhəbbət ilk baxışda hər bir arif və avam şəxsi özünə cəlb edən mövzulardandır. Uzun əsrlər boyu məhəbbət insanların ən mühüm iztirab keçirdiyi və itirmiş saydığı şeylərdən biri olmuşdur.
Məhəbbət insanın ruhunun qidası və ona rahatlıq verən olmuşdur. Məhəbbət insanın fitrətində yerləşmiş və onun bütün vücudunu bürümüşdür. Belə ki, hətta bəzi alimlər insanın "insan" adlandırılma səbəbini, onun ünsiyyətdə olması (üns) sözündən götürüldüyünü bildirmişlər.
İnsanın məhəbbət cazibəsi o qədərdir ki, insanı qul olma həddinə qədər çatdıra bilər. Necəki deyiblər: "İnsan yaxşılığın quludur".
Məhəbbət və sevgi öz vücudmuzda gördüyümüz həqiqətlərdən biridir. Əllaəm Təbatəbayi onu belə tərif edir: "Vicdana aid olan və tez-tez qarşıya çıxan məfhumlardan biri də "məhəbbət"dir. Onu yemək, qadın, mal, məqam və elm kimi yerlərdə işlədir və deyirik: "Filan yeməyi sevirəm, qadını sevirəm, pul, vəzifə və elmi sevirəm."
Yeməyi sevir; çünki cismin kamilləşməsinə səbəb olur. Habelə insanın mal, məqam və elmə də rəğbəti kamilliyə rəğbətidir. Buna əsasən, məhəbbət və sevmək insanı kamilliyə çatdıracaq səbəb və kamilləşmiş səbəb arasında vücud bağlantısı və şüurun xüsusi şəkildə cəzb edilməsindən ibarətdir.
Beləliklə, bu səbəbin insanın yediyi yemək yaxud qadından aldığı fayda və ləzzət, ya istifadə etdiyi mal, ya faydalandığı və ya ona dərs öyrədən müəllim olması fərq etmir."(3)
Eşq və məhəbbət iksiri elə əhəmiyyət və dəyərə malikdir ki, Allahın Rəsulu (s) öz duasında onu istəyir və buyurur:
"İlahi! Səni sevməyi, Səni sevənləri sevməyi, Sənin məhəbbətinə çatmağa səbəb olacaq əməlləri sevməyi mənə ruzi et! Səni sevməyi mənim üçün sərin sudan daha da sevimli et!"
Belə nəql edilib ki, Şüeyb (ə) peyğəmbər Allaha eşq və məhəbbətindən o qədər ağladı ki, gözləri kor oldu. Sonra Allah-taala onun gözünün nurunu geri qaytardı. Yenidən o qədər ağladı ki, gözləri yenə kor oldu. Yenə də Allah onun gözlərinə görmə qüdrətini qaytardı. Bu əməl dörd dəfə təkrarlandı.
Sonra Allah ona xitab edərək buyurdu: “Ey Mənim bəndəm Şüeyb (ə)! Nə vaxta qədər bu işi davam etdirəcəksən?! Əgər cəhənnəmin oduna görə ağlayırsansa, səni ondan amanda saxlayaram. Əgər cənnətə şövqdən ağlayırsansa, onu sənə nəsib edərəm.”
Ərz etdi: “Ey mənim mövlam! …Sənin məhəbbət və eşq iksirin mənim qəlbimi fəth edib, səbr və taqətimi əlimdən alıb və dözümüm qalmayıb. Sənin vüsalına çatmayınca belə davam edəcək.”
O zaman Allah-taala buyurdu: “İndi ki Mənim vüsalım üçün ağlayırsan, Mənimlə danışan (Kəlim) Musa ibn İmranı sənin xidmətinə göndərəcəyəm!”
İslam təfəkkürünün bu təkidlərinə əsasən, ruhun tərbiyəsində məhəbbətin rolu danılmazdır. Həqiqi məhəbbətin bağlı olduğu isə, Allahın sonsuz varlığı və tükənməz kəmalı sayılmışdır. Dəqiq olaraq buna görə, Əllamə Təbatəbai (r) tövhidə əsaslanan əxlaqi tərbiyənin ən mühüm üslubunun bəndəlik sevgisi üslubu olduğu qənaətindədir.
O, "Əl-Mizan" təfsirində buyurur: "Quran nəzərində əxlaqi tərbiyənin ən mühüm üslubu bəndəlik sevgisi üslubudur. Çünki İslamın əsası bəndəlik məhəbbəti üzrədir.
Yəni Allah tərəfini bəndə tərəfdən üstün tutmaq; Allahın razılığını öz razılığından üstün tutmaq; Öz haqqından Allahın haqqına görə keçmək və öz qəzəbindən Allahın qəzəbinə görə keçmək; Bu məhəbbət insanı ictimai baxışın bəyənmədiyi işlərə məcbur edir. Çünki ictimai əxlaqın (etikanın) meyarı elə ictimai ağılın özüdür. Məhəbbət insanı elə işlərə vadar edir ki, ümumi və dini mükəlləfiyyətin əsası olan adi dərk onu dərk etmir."
Əllamə Təbatəbai bəndə və Allah (Məbud) əlaqəsini məhəbbət əsasında izah etdikdən sonra Quranda Allaha məhəbbət əldə etmə yollarını araşdırır və onları belə sayır: "Təfəkkür və Allahı tanıma, daima zikr etmək və nemətləri xatırlama və insanın Allah qarşısındakı məsuliyyəti, Allahdan başqasının məhəbbətini (qəlbdən) çıxarmaq "Qəlb Allahın hərəmidir. Allahın hərəmində Allahdan başqasına yer vermə", Allahın razılığına uyğun əməl etmək və Allahın göstəriş verdiyi Allah övliyalarına məhəbbət bəsləmək: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. (“Şura" surəsi, 23-cü ayə;); Habelə, Əllamə bəyan edir ki, peyğəmbər (s) və onun məsum Əhli-beyti (ə) İlahi zikrin nümunələridirlər; Çünki Allah onların vasitəsilə xatırlanır.
Əllamə Təbatəbai (r) öz əsərlərində məhəbbət dininin elmi və irfani izahını verməklə yanaşı, onu öz həyatının bütün sahələrində tətbiq etmişdi. Belə ki, son onilliklərdə onu peyğəmbər Əhli-beytinə (ə) məhəbbətin dirçəldicisi saymışlar. Bizim seyidimiz, Ustad Əllamə ismət və təharət ailəsinə olan bu eşq, məhəbbət və rəğbət yolunu elə dirçəltdi ki, əməli olaraq buyurdu: "Mənim Əhli-beytimə (ə) məhəbbətdən başqa bir şey istəmirəm” ayəsi, biz müsəlmanların rəsmi yaxşılığımızdır (gözəlliyimizdir). Dərs məclislərində buyururdu: Əgər ölkənin rəsmi yaxşılığı deyilsə, bu yaxşılıq Əhli-beyt (ə) vilayətidir. Çünki ayədə "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm", cümləsinin ardınca, fasiləsiz olaraq buyurur: "Kim bir yaxşı iş görərsə...” Bu qədər yəqinlə xitab məqamındadır. Bu qədər yəqinlə də nümunə var. "Həsənə" (yaxşılıq), yəni Əhli-beytə (ə) məhəbbət. Əgər məhəbbətdən də üstün olan "vidad" (ayədə deyilən "məvəddət" sözü bu kökdəndir) varsa, insan bu yolda baş verər, can verər. Bu ali-cənab da gəlmişdir ki, "məvəddət" və məhəbbət məsələlərini aktuallaşdırsın."
Digər tərəfdən isə, ailə həyatında və Əllamə ilə öz xanımı arasında da məhəbbət təyin edici rola malik olmuş və hər ikisi bir-birinə qarışmışdılar.
Əllamə Təbatəbainin (r) övladı deyir: "Anamla onun rəftarı çox hörmətli və səmimi idi. Həmişə elə rəftar edirdi ki, sanki anamı görməyə müştaq idi."
Əllamənin mərhum xanımı hicri şəmsi təqvimilə 1344-cü ildə xəstələndikdə, Əllamə xanımının hansısa bir işi görmək üçün yataqdan qalxmasına heç vaxt icazə vermirdi.
Onun övladı bu barədə deyir: "Mənim anam vəfatından təqribən 27 gün öncədən xəstə yatağında idi. Bu müddət ərzində atam onun yatağının yanından bir an da qalxmadı. Bütün işlərini saxlayıb onun xidmətində oldu."

Nur-az.com


1638 بازدید