Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2015

Şah dövründə…

Allah bu iki xəbis rejimin - Qacar və Pəhləvi rejimlərinin başçılarının günahlarından keçməsin!
Batil və azğın quruluşlarda hakim sistem istər siyasi, istər insani mərkəzdən uzaq olan hər bir yerin məhrum qalmasına bais olur, hakimiyyətin mərkəzinə daha yaxın olan hər hansı şəxs və ya qurum daha artıq bəhrələnir, uzaq olan isə təbii olaraq məhrum qalır. Əgər güc-bəla ilə özünü birtəhər ayaqda saxlaya bilsə, başqa məsələ. Bu, bütün batil quruluşlarda belədir. Şah dövründə bizdə də belə olmuşdur. Mərkəzdə heç kəsin düşünmədiyi bir məsələ vardısa, o da məhrum bölgələrə qayğı idi. Əgər o zaman çox nadir hallarda məhrum təbəqələrin xeyrinə hansısa iş görülmüşdüsə, bu da məhrumiyyəti aradan qaldırmaqdan ötrü, məhrum təbəqələrə yardım məqsədilə görülməmişdi. Məsələn, hansısa hərbi baza üçün yol salırdıla