Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2015

General Süleymani rəşadət və fədakarlıq rəmzidir!

Livandan Əfqanıstana qədər ərazidə nə böyük xidmət göstərib! O, bir milli qəhrəman, cihad və rəşadətin rəmzidir!
Dostluq və mərifətdə general Süleymani heç kimlə müqayisə ediləsi deyil! O, rəşadət və fədakarlıq rəmzidir!

Nur-az.com-un khabaronline.ir-a istinadən:
Sabiq diplomat-politoloq Sadiq Xərrazi Qasim Süleymani haqda belə münasibət bildirib: “Qasim Süleymani bir kəndli balası olub, Kermanda böyüyüb, hərbi rütbələrə Könüllülər orqanından başlayaraq ta Sepah Təşkilatının yüksək məqamlarına qədər pillə-pillə qalxıb. Heç bir yerdə dost-tanışı olmayıb, heç kimin də əlilə nəyisə əldə etməyib. O, özünü müharibə və müqəddəs müdafiə illərində döyüş meydanlarında büruzə verib, dəfələrlə yaralanıb, elə indinin özündə də, neçə faiz əlildir.

Onun bir dəfə yaralandığı vaxt harada olduğundan kimsənin xəbəri yox idi. Sonralar məlum oldu ki, Məşhəddə müalicə olunur. Onu müalicə edən həkimin inqilabla düşmənçiliyi üzündən hətta əməliyyat işi yarımçıq saxlanılır və bu şəxs hətta ölümlə üzləşməyə məruz qalır. Bundan xəbərdar olan bir tibb bacısı onun yerini dəyişməli olur və döyüş yoldaşları görüşünə gələrək canını ölümdən qurtarırlar. Hal-hazırda onların bir çoxu şəhid olub və bir çoxu da dövlətin yüksək orqanlarında xidmət göstərirlər. Hər birinə xüsusi məhəbbətim olsa da, Qasim Süleymani mənim üçün yeganədir.

Hazırda bir çoxlarını belə şəxslərin siyasətə qarışmaları narahat edir. Niyə onlar müharibə dövründə arxada durduqları, belələri isə ön cəbhədə döyüşdükləri zaman bu fikirləri dilə gətirmirdilər?! Əgər Qasim kimilər olmasa, terrorizm tufanı hətta İranı da bürüyə bilər. Bunlar Müqavimətin simvollarıdır və daha bundan artıq “ziyalı” rəsmiyyətçilikdən qalxan iradlara yer yoxdur.

General Süleymani dostluq və mərifətdə heç kimlə müqayisə ediləsi deyil! Mən xəstə yatağında uzandığım vaxt ən azı həftədə neçə dəfə görüşümə gələrdi. O, rəşadət və fədakarlıq timsalıdır! O, hər bir halda kiminsə hər hansı problemini həll etməkdə heç nəyi əsirgəməz. Onun həyat səhifəsində qətiyyən dostluq, tanışlıq və qohumbazlıq görünməyib, vəzifəsində məsuliyyət hissindən başqa bir şey düşünmür. Bəlkə də, sözümdə onu vəsf etməyə qadir deyiləm. Siz görün, bütün Orta Asiyada ― Livandan Əfqanıstana qədər ərazidə nə böyük xidmət göstərib! O, bir milli qəhrəman, cihad və rəşadətin rəmzidir! Onları başqalarından ayıran spesifikliyi bu insandakı misli görünməyən zehni talant, mənəvi ziyadır! Onun səciyyələrində dəyərli çalarlar çoxdur…”


1283 بازدید