Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

İmam Xomeyninin (r) yaxınlarından...

İmamın oğlu güllə keçirməyən jilet gətirmişdi ki, İmam geyinsin. Amma bunu İmama deməyə qorxurdu
Şiə tarixində zalım şah rejiminə qarşı qiyam qaldırmış yeganə fəqih İmam Xomeynidir!

Əbülfəzl Təvəkküli Bina deyir: İmamın oğlu güllə keçirməyən jilet gətirmişdi ki, İmam geyinsin. Amma bunu İmama deməyə qorxurdu. Hacı Mehdi İraqiyə dedi ki, bu mənim işim deyil. Hacı Mehdi öhdəsinə götürdü ki, İmama jilet geyməyi təklif etsin.
Fars News Agency xəbər verir: İslam Mötəlifə Partiyasının qədim üzvlərindən olan Əbülfəzl Təvəkküli Bina şəmsi 1312-ci ildə (81 il öncə) Qumda doğulub. Ötən 50 ildə Mötəlifə heyətlərinin üzvü, dini-siyasi kadrlardan olub. İmam hərəkata başlayan ilk günlərdən Təvəkküli Bina şəhid İraqi, Əskər Əvladi kimi fəallarla çiyin-çiyinə mübarizə meydanında olub. Qumdan kənarda olduğu müddətdə də təhsil və inqilabi fəaliyyətlər məqsədi ilə bu şəhərlə əlaqədə olub.
Təvəkküli Bina deyir: Əyalət və vilayət cəmiyyətləri haqqında qərardan bir gün öncə İmamın yanında idim. İmam cənab Gülpayiqani ilə telefonla danışırdı. Buyururdu ki, Ayətullah Bürucerdinin vaxtındakı mərcəiyyət dövrü başa çatıb, əgər bu gün birləşib ayağa qalxmasaq hamılıqla rejimin çəkmələri altında əziləcəyik.
Cənab Təvəkküli başqa bir səfərində şəhid İraqini özü ilə Quma, İmamla görüşə gətirir. Elə ilk görüşdə İraqi İmama qəlbən bağlanır, onun ən yaxın yoldaşlarından biri olur. İmam görür ki, Tehranda bir neçə pərakəndə dini qrup fəaliyyət göstərir. Onları Quma dəvət edir. Beləcə Mötəlifə heyətləri yaradılır.
Cənab Təvəkküli İslam Mötəlifə Partiyasının yaradıcılarından olub. Həsən Əli Mənsurun edamından sonra digər üzvlərlə birlikdə həbs edilir. Sonralar Rifah mədrəsəsi, Qoba məscidində fəaliiyət göstərir. Uzun illər İmam Xomeyninin göstərişlərini yerinə yetirir.
Cənab Təvəkküli Bina ilə müsahibə...

Sual: İmamın digər müctəhidlərlə münasibəti necə idi? Ayətullah Milani ilə rəbitələri barədə nə deyə bilərsiniz?

Cənab Təvəkküli: İmam mənə bir məktub verdi ki, aparım, Ayətullah Milani imzalasın. Buyurdu ki, Ayətullah Milani imzalasa Ayətullah Qummiyə də imzalatdırım. Mən Ayətullah Milaninin mənzilinə çatanda hiss etdim ki, evə ciddi nəzarət var. Küçənin başındakı dükana qayıdıb bir qədər kartof və soğan aldım. Dükançıdan bir səbət götürüb məktubu kartof-soğanın altında gizlədim. Ayətullah Milaninin qapısına çatanda məmurlar məni saxladı. Əlimdəki səbətə baxıb içəri buraxdılar. Ayətullah Milaninin hüzuruna yetişdim. İmamın məktubunu təqdim etdim. Əvvəlcə öpüb gözünün üstünə qoydu. İmama misilsiz ehtiramı vardı.

Sual: İmamın Paris, Nofel Luşatodakı günlərini necə xatırlayırsınız?

Cənab Təvəkküli: Şəhid İraqi şirin bir xatirə nəql edirdi. Deyir ki, İmam hava limanına yola düşəndə hamı narahat idi. Qurxurduq ki, İmama qarşı terror hazırlana. Hacı Əhməd Ağa güllə keçirməyən jilet hazırlamışdı ki, İmam geyinsin. Amma bunu İmama deməkdən çəkinirdi. Mənə (İraqiyə) dedi ki, bu iş sizlikdir.
Beləcə jileti Mehdi İraqiyə verir. İraqi İmamın otağına keçib yaxınların nigarançılığını bildirir və jilet məsələsini danışır.

Sual: İmam təklifi qəbul edir?

Cənab Təvəkküli: Bəli, İmam jileti geydi. Amma təyyarəyə qalxandan sonra jilet ağır olduğu üçün onu çıxardı.

Sual: Jileti kim gətirmişdi?

Cənab Təvəkküli: Jileti Hacı Əhməd Ağanın dostları gətirmişdilər.

Sual: Siz İrana qayıtmazdan qabaq İmamdan hansı tapşırıqları almışdınız?

Cənab Təvəkküli: İmamla sağollaşmaq üçün görüşünə getdim. Dedim ki, İmamın İrandakı fəaliyyətlərinə hazırlıq üçün ya mən, ya da Mehdi, birimiz İrana qayıtmalıyıq. İmam razılığını bildirdi.

Sual: 21 bəhməndə hökumət hərbi vəziyyət elan edəndə İmam nə iş görürdü?

Cənab Təvəkküli: 21 bəhmən günü günortadan sonra hərbi vəziyyət elan edildi. İnqilabçıları qətliam etməyi planlaşdırırdılar. Ələvi mədrəsisndə idik. İmam otaqlardan birinə daxil olub namaz qılmağa başladı. Bir qədər sonra bayıra çıxıb qətiyyətlə dedi: "Elan edin xalq küçələrə çıxsın, hərbi vəziyyət ləğv edilsin!" Bu qərar adi qərar deyildi. Doktor Behişti, Ayətullah Mütəhhəri, Haşimi Rəfsəncani İmamın qərarına münasibətdə heyrətdə qalmışdılar. Ayətullah Taleqani dedi ki, Tehranın iki tərəfində raketlər quraşdırılıb, xalqı qətliam etmək istəyirlər. Sual verdi ki, İmam Zaman (əc) buna razıdır? İmam buyurdu: "Əgər razı olsa, sözünüz nədir?" Ayətullah Taleqani daha heç nə demədi, gözləri yaşardı (Mən bu söhbətləri orada olan dostlardan eşitdim).
Ayətullah Taleqani İmama çox bağlı bir insan idi. Biz bir ilə yaxın zindanda birlikdə olmuşduq. İmamdan söz düşəndə böyük hörmətlə münasibət bildirirdi. Bilirdi ki, İmam məhbus ailələrinə yardım üçün mənə xümsdən istifadə etmək icazəsi verib. Bu işdə mənə kömək edirdi. AyətullahTaleqani deyirdi ki, şiə tarixində zalım şah rejiminə qarşı qiyam qaldırmış yeganə fəqih İmam Xomeynidir.
Bəli, hamı qətliam gözlədiyi bir vaxtda İmam qətiyyətlə göstəriş verdi ki, küçələrə çıxmaq, hərbi vəziyyəti ləğv etmək lazımdır. Həmin dövrü görənlər yaxşı başa düşür ki, İmam bu göstərişi şəxsi rəyi əsasında verə bilməzdi.

Vilayet.nur-az.com


1311 بازدید
در حال ارسال اطلاعات...