Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

Cahil təəssüb cahil qüdrətlə birləşəndə...

Cahil güc cahil qüdrətlə birləşəndə qılınc hakim olur. Bunu İŞİD-in timsalında gördük. Təkfirçilik İslam üçün bəla olub
Ayətullah Cəvadi Amuli İŞİD barədə danışdı

Qum Elm Hövzəsinin ustadı, təqlid mərcəsi Ayətullah Əbdullah Cəvadi Amuli ötən gün Müdərrislər Cəmiyyətinin toplantısında çıxışı zamanı İŞİD-ə münasibət bildirib. Alim dinləyicilərin diqqətini cahil təəsüb və cahil qüdrətə yönəldib. Cahil təəsüb cahil qüdrətlə birləşəndə nə baş verir? Alim bu mövzuda fikirlərini iştirakçılarla bölüşüb. Daruşşəfa Ali Mədrəsəsində keçirilən toplantıdakı çıxışında Ayətullah Cəvadi Amuli buyurub: İlkin İslam dövründə imamət məsələsi, imamət seçimi Allahın ixtiyarında olan məsələ, seçim idi. Sonradan bunu ağıl, təhrif edilmiş kəlamın ixtiyarına verdilər. Beləcə Həzrət Əli (ə) xanənişin oldu.
Ayətullah Cəvadi Amuli buyurub: İmamət şura, məsləhətləşmə yolu ilə təyin oluna bilməz. İmamət Allahın əmri və Onun seçimidir. Bir qrup yığışıb imam təyin edə bilməz. İmamət müxalifləri hər şeydən öncə kəlam üzərində işlədilər, kəlamı təhrif etdilər. Səqifədən sonra bu yanaşma davam etdi. Hansı ki imamət Allahın ixtiyarında olan iş idi və bu işi şuranın ixtiyarına vermək olmazdı.
Ustad buyurub: İlahi iş olan imaməti xalqın işinə çevirmək həm də məsumluğu kənara qoymaqdır. Təbii ki bu işi görənlər sonradan problemlə üzləşdilər və Səqifədən sonra da müzakirələri davam etdirməli oldular. Hətta rəvayətləri saxtalaşdırmağa qədər getdilər. Əsil ağıl evdə guşənişin edilmiş Əli (ə) idi, onlar ağılı qarət etdilər.
Ayətullah Amuli buyurub: Ağılın əlindən tutub onu ayağa qaldırmaq hövzə alimlərinin vəzifəsidir. Bu bir həqiqətdir ki, icma kitab və sünnə səviyyəsində deyil. İcma dəlil sayılsa da bunu kəlam olmayan zaman qəbul etdik. Ağılın həqiqi qiymətini vermək lazımdır. Ağıl kitab və sünnə bayrağı altında iş görə bilər. Mövzuları əqli və şəri olmaqla təsnif edə bilmərik. Ağıl şəriət qarşısında dayanacaq gücdə deyil. Ağıl həqiqətə gedən yolu işıqlandırır.
Qum Elm Hövzəsinin ustadı sözünün davamında buyurub: Qarət olunmuş kəlam elmi bizim fiqh və üsula heysiyyət verə bilmədi. Hövzədə mötəbər alimlərin kəlam kitabı tədris olunmalıdır. Çünki kəlam ağılın əl-ayağını açmaq gücündədir.
Ustad sözünün sonunda cahil təəssüblə cahil qüdrətin birləşməsi məsələsinə toxunub: Cahil güc cahil qüdrətlə birləşəndə qılınc hakim olur. Bunu İŞİD-in timsalında gördük. Təkfirçilik İslam üçün bəla olub. Onların hamısını muzdur saymaq olmaz. Bəziləri aldanmış insanlardır və Allah yolunda vuruşduğunu günman edir.

Vilayet.nur-az


1334 بازدید
در حال ارسال اطلاعات...