Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2015

Şiə mədəniyyətinə xurafat və bidət zərbəsi

Düşmənin hövzə və universitet divarlarından bayıra çıxmayan alimlərlə problemi yoxdur
Düşmənin hövzə və universitet divarlarından bayıra çıxmayan alimlərlə problemi yoxdur.
Mehdi Cəmşidi


Təsnim İnformasiya Agentliyi yazır ki, düşmənin hədəfində olan aparıcı şiə ideoloqu doktor Rəhimpur Əzğədi hazırda bir neçə cərəyan tərəfindən mühasirəyə alınmışdır. Bu cərəyanlar düşmən təbliğatları qarşısında dayanmış alimin önündə Əhli-beyt (ə) müdafiəçisi libasında sıralanmışlar. Bu cəbhədə məddahlardan tutmuş avam insanlara qədər zümrələrin nümayəndəsi var. Ustad Mürtəza Mütəhhəri şəmsi 1340-1350-ci illərdə mühafizəkar və islahatçı olmaqla iki cərəyanın mühasirəsinə düşdü. Sonda islahatçı, yenilikçi sayılan cəbhənin gülləsinə tuş gəlsə də mühafizəkarlar da onun qəlbinə az yara vurmadı. Ustad Mütəhhərinin Qumdan Tehrana hicrətinin səbəbi kimi onun hövzədəki bəzi mühafizəkarlar tərəfindən təzyiqlərə məruz qalması göstərilir. Hövzədə bəzi mühafizəkarlar Ustad Mütəhhərini “hicab məsələsi” kitabına görə ciddi ittihamlara məruz qoymuşdular. İrşad Hüseyniyyəsində Doktor Şəriətinin bəzi fikirlərinə müxalif olsa belə mühafizəkarlar Mütəhhəriyə hücüm üçün Şəriətini əldə bəhanə tutmuşdular. Mühafizəkarların cəmiyyətdə də böyük dəstəyi var idi. Onlar Mütəhhərinin xürafata qarşı çıxışlarına dözmürdülər. Şəhid Mütəhhəri dini təfəkkürün dirçəlişi proqramı üzərində israrla dayanmışdı. Bu əqidədə idi ki, dini dəyərlər xalqın zehnində qarışıq vəziyyətdədir.
Ustad Mütəhhərinin araşdırdığı mövzulardan biri də İmam Hüseynin (ə) qiyamının mahiyyəti idi. Şəhidin “Həmaseyi Hüseyni” adlı məhşur kitabında bidətlər və xürafatlar sərt tənqid olunurdu. O dövrün əzadarları üçün belə fikirlər qeyri-məqbul idi. Şəhid Mütəhhəri xürafat mühitinin təzyiqlərinə məhəl qoymadan islahat bayrağı qaldırmışdı və Kərbəla dəyərlərinin həqiqi mahiyyətini açmaq istəyirdi. Mütəhhəri bu fikirdə idi ki, ruhaniyyət avamların zövqünə köklənib, müqəddəslik təxəyyüllərindən əziyyət çəkir. Şəhid Mütəhhərinin ən cəsarətli və ən şəffaf mütəfəkkir olması sübuta yetmiş müddəadır. Mütəhhərini mühafizəkarların ən ağır hücumları belə dayandıra bilmədi.
Tarix təkrarlanır. Doktor Həsən Rəhimpur Əzğədi 10 ildən artıqdır ki, universitet və hövzədə Mütəhhəri yolunu davam etdirib auditoriyanı düşünməyə həvəsləndirir. Bu 10 ildə doktor kifayət qədər düşmən və müxalif qazanıb. Təəssüf ki, dini cəmiyyətdə də sağlam tənqid əvəzinə arxadan xəncər vurmağa üstünlük verənlər kifayət qədərdi. Bu gün kimsə şübhə etmir ki, şiə ideologiyasının dünya miqyasında ən aparıcı təbliğatçılarından biri doktor Əzğədidir. Belə bir fəzada daxildən hücumlar ümumi miqyasda məzhəbin xeyirinə işləmir. Mütəhhəriyə hücum edənlər də İslam bayrağı qaldırmışdı. Dində xürafat və bidətlə mübarizə aparmaq qərarına gəlmiş hər bir şəxs terrora, təhqirə. Təzyiqə hazır olmalıdır. Eyni zamanda bu işdə aparıcı şəxslərin himayəsi hər bir müsəlmanın vəzifəsidir.
Bu gün dünyanın müxtəlif guşələrində İslam dini xürafat və mühafizəkarlıqda ittiham olunur. Eyni zamanda dünya imperializmi və beynəlxalq sionizmin maliyələşdirdiyi peyk şəbəkələrində mühafizəkarlara islahatçıların tənqid və təhqir imkanı yaradılır. Düşmən mühafizəkar və islahatçılar arasında rəqabəti qızışdırdıqda bu arada əsl İslam xəttini tutmuş Mütəhhəri kimi insanlar qurban gedir. Maraqlı nöqtə budur ki, terrora məruz qalmış İslam mütəfəkkirlərinin qatilləri sırasında həm mühafizəkarlar, həm də islahatçılar var. Bu gərgin fəza heç vaxt imkan verməyib ki, Şəhid Mütəhhəri və Doktor Şəriəti paralel təbliğ olunsun. Hər zaman çalışıblar ki, bu iki şəxsiyyəti bir-birinə qarşı qoysunlar. Eyni zamanda hər iki alim təqib, təziq və terrora məruz qalıb. Bu gün İslamı əsl simasında dünyaya göztərmək istəyən əksər mütəfəkkirlər oxşar münasibətlə üzləşir. Bir qrup onları sekulyarlıqda, başqa bir qrup xurafatçılıqda ittiham edir. Heç bir cəbhədən olmayan bu mötədil insanlar iki cəbhə arasında qurban olur. Belə bir sual yaranır: Həm əxlaq, həm düşüncə, həmdə müqavimət payı olan İslamı kimlər təbliğ edir? Düşmənin qorxduğu bu üç dəyərin toplandığı İslamdır. Elə bir İslam ki, əxlaqlıdır, düşüncəlidir və inqilabçıdır. Başqa şəkildə desək, elə bir İslam ki, xürafata və təslimçiliyə yox deyir. İslam tarixini araşdıranda müharibə və qətillərdə adətən xürafatçıların və bidətçilərin rolu görünür. Mütəfəkkir insanlar, İslamı həqiqi simasında tanıtdırmaq istəyənlər bu sırada qurbandır. Təsadüfi deyil ki, həm təkfirçilər, həm də münafiqlərin şəbəkələrində doktor əzğədi terrora ilk namizəd kimi təqdim olunur. Şəhid Mütəhhəridən Doktor Rəhimpura qədər mütəfəkkirlərə qarşı bu qədər kin yaradan nədir?
Bu nəsil qətiyyətli və şəffafdır. Onlar heç vaxt hiylə ilə danışmır, məntiqi dəlillərlə, cəmiyyətdə oturuşmuş yanlış düşüncəni hədəfə alır. Şəhid Mütəhhərinin “Həmaseyi-Hüseyni” kitabı təfəkkür müstəvisində bir inqilab oldu. Şəhid Mütəhhəri həm ideoloji, həm də siyasi şəxsiyyət idi. Doktor Rəhimpura gəldikdə isə o sırf ideoloji fəaliyyət göstərir. Demək, düşmən onun ideoloji məğlubiyyətini ortaya qoyanları siyasi rəqiblərdən kiçik görmür. Rəhimpur və bu sıradan olan İslam mütəfəkkirləri nə siyasi fəal nə islahatçı, nə də hövzə təmsilçisidir. Bu insanlar sırf elmi fəaliyyət göstərir və öz araşdırmalarının nəticələrini kimsədən çəkinmədən ortaya qoyurlar. Bir zaman universitetlərə qədəm qoymaq ruhani üçün çətin olanda Şəhid Mütəhhəri bu işi gördü. O əsl İslamı universitet meyarlarından üstün şəkildə təqdim edərək qarşı tərəfi təslim olmağa vadar etdi. Bu gün eyni işi doktor Əzğədi görür. Bu insanlar üçün qorxulu auditoriya yoxdur. Onlar istənilən toplumun, hətta sekulyar və təkfirçilərin qarşısında çıxş etməyə hazırdırlar. Hədəfə alınmalarının əsl səbəbi də budur.
Düşmən o zaman aciz olur ki, rəqib onun iddialı olduğu elmi ondan daha yaxşı bilir. Bu gün sekulyar universitet mühitinə qədəm qoyan ruhaninin biliyi universitet biliyinin fövqündəsə onun İslam haqqlnda dedikləri də etirazsız qəbul olunur. Şəhid Mütəhhəri bir ruhani olsa da ziyalı təbəqənin maraqlarından xəbərdar idi. Necə ki, doktor şəriəti bir ziyalı olaraq dini biliklərdən xəbərdar idi. Bu iki sahədən xəbərdarlıq onlara bütün meydanlara yol açmışdı teror üçün hədəf də məhz belələridir. Yalnız bir cəbhəyə, ifrat və ya təfritə mənsub olanlar öz cevrəsində fəaliyyətlə sakitcə ömrünü başa vurur.
Bu gün hərb meydanında silahla danışan müqavimətçilərlə eyni sırada həqiqi din alimlərinin terrora hədəf olması İslam təfəkkürünün silahdan güclü olduğunu göstərir. Təsadüfi deyil ki, din alimləri nüvə mütəxəssisləri ilə yanaşı terrora namizədlər siyahısındadır. Bəli, bu gün İslam dini düşməni nüvə bombasından daha çox qorxudur. Çünki düşmən nüvə enerjisi istehsalına nəzarətdə iddialı olsa da düşüncə istehsalına sanksiya qoya bilmir. Müasir dünya mənəviyyat böhranı yaşadığı zaman onun ehtiyaclarına yalnız həqiqi İslam mütəfəkkirləri cavab verə bilir. Düşməninsə bacardığı yalnız bu olub ki, onlarla peyk şəbəkəsi açıb xurafatçı və bidətçilərə meydan versin. Düşmən həqiqi İslam mütəfəkkirlərinin dəyərini əfsus ki, müsəlmanlardan daha artıq bilir. Heç olmaya düşmənin hədəflərinə baxıb dostlarımızı tanıyaq.
ABŞ və müttəfiqləri uranın zənginləşdirilmə faizini nəzarətə götürmək istəyir. Çalışırlar ki, uran yüksək faizlə zənginləşdirilməsin. Çünki nüvə silahı üçün yüksək zənginləşdirilmiş uran lazımdır. İşin əvvəlində maneəni aradan qaldırmaq işin sonundakından daha asandır. Alimlərə də oxşar münasibət var. Alim elə bir məqama çata bilər ki, İmam Xomeyni kimi dünyaya meydan oxuyar. Ona görə də inqilabi təfəkkürə malik alimlərin elə ilk addımda həyatına son qoymağa çalışırlar. Dünyada Xomeyni nə qədər az olsa dünya imperializmi və beynəlxalq sionizm rahat nəfəs alar.
Düşmənin hövzə və universitet divarlarından bayıra çıxmayan alimlərlə problemi yoxdur. Düşüncəsi bu divarlarla məhdudlaşmış və dünyaya mesaj verməyən alimlər təhlükəli sayılmır. Bir zaman Mütəhhəri də Şəriəti də təhlükəli sayılmırdı. Yalnız öz divarlarını aşdıqdan sonra düşmənə hədəf oldular. Bu gün təkfirçilər və münafiqlərin bir saylı düşməni doktor Rəhimpurdur. Bunu alim haqqında çıxarılmış terror hökmü təsdiqləyir.
Rəhimpur Şəhid Mütəhhəridən öyrənib ki, hay-küylü hücumlardan yorulub meydanı əxlaqsız rəqibə verməsin. İmam Hüseynin (ə) yolunu gedənlər şəhadət eşqindədir. Mütəhhəri istəyinə çatdı. Rəhimpur kimi mübariz alimlər də bu intizardadır.

Vilayet.nur-az.com


1618 بازدید
در حال ارسال اطلاعات...