Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2015

Qadın iffəti

Hicab məsələsi, məhrəm və naməhrəmlik, baxmaq və baxmamaq məsələləri iffətin sağlam qalmasından ötrüdür. İslam dini qadının iffətinə əhəmiyyətli yanaşır
Qadın iffəti pozğun kişilərin gözündə də qadının möhtərəmliyini göstərir

Qadını müdafiə adı altında görülən hər bir işdə əsas şərt qadının iffətini qorumaq olmalıdır. Qeyd etdiyim kimi, Qərbdə buna diqqət yetirilmədi. Yəni qadın iffəti məsələsi diqqətdən kənarda qaldı, ona etinasızlıq göstərildi və bu səbəbdən cinsi özbaşınalıqlar qarşıya çıxdı. Qadın şəxsiyyətinin ən mühüm elementi olan iffətin diqqətdən kənarda qalmasına imkan verilməməlidir. Qadın iffəti digərlərinin, hətta şəhvətpərəst və pozğun kişilərin gözündə də qadının şəxsiyyətini, ucalığını və möhtərəmliyini göstərir. Qadının iffəti onun hörmətinə və şəx