Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2015

İŞİD-in Hollivud aktyorları

İŞİD terror təşkilatının Qərb ölkələrinin, xüsusən də ABŞ-ın yardımı ilə yaranması, inkişaf etməsi və güclənməsi inkarolunmaz faktdır
Orta Şərq böhranlarında Qərbin rolunu göstərmək üçün bu, ən qısa ifadədir. Qərb cinayətin ya icraçısıdır, ya ideya müəllifi, ya himayədarı, ya da hər üçü.

İŞİD terror təşkilatının Qərb ölkələrinin, xüsusən də ABŞ-ın yardımı ilə yaranması, inkişaf etməsi və güclənməsi inkarolunmaz faktdır. Bu, ABŞ Dövlət Departamentinin keçmiş sədri Hillari Klintonun xatirələrində də açıqca etiraf olunub. ABŞ-ın son hava hücumlarında bir neçə dəfə guya səhvən İŞİD terrorçularına silah-sursat ötürməsi isə rəsmən təsdiqini tapıb.
Ötən həftə bütün dünya İŞİD-in iordaniyalı pilotu yandırmasına dair hazırladığı filmi izlədi. Çox peşəkarlıqla hazırlanmış bu filmi yəqin ki yarımvəhşi məxluqların əməyi hesab etmirsiniz. Bu 22 dəqiqəlik filmin ssenarisindən tutmuş bütün xırdalıqlarına qədər hər bir saniyəsi onun çox professional mütəxəssislər tərəfindən hazırlandığını sübut edir. Biz inadla onun məhz Hollivud tərəfindən ərsəyə gəldiyini iddia etmirik, amma nədə olsa, pərdə arxasında Qərb dövlətlərinin barmağının olması şübhə doğurmur.

Yeri gəlmişkən, Əbu-Dabi vəliəhdinin müşavirinin açıqlamaları da bu baxımdan maraqlıdır. O, bildirdi ki, BƏƏ iordaniyalı pilotu azad etmək üçün çox çalışdı, amma ABŞ bu sahədə heç bir yardım etmədi.
Qərblilər sübut ediblər ki, özləri icraçı olmadıqda pərdə arxasındakı rollarını çox yaxşı oynayırlar. Hər halda, 30-40 ildən sonra CIA sözügedən film haqqında məxfi sənədlərin açılmasına icazə verəndə hər şey aydın olacaq.

Nur-az.com