Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2015

İslam zülmə qarşıdır, İslam zülmlə barışmır...

İslam zülmlə barışmır, İslam ədalət tərəfdarıdır, İslam haqqı tapdanmış məzlum sinfi müdafiə edir
Dünyanın mövcud vəziyyətindən razı olan insan Xilaskarın gəlişini gösləməz.

İslama görə, insanın etiqadı onun əməl və rəftarlarında özünü göstərməlidir. Doğru danışıq və əməl, günahdan uzaqlıq müvəhhid insanda müşahidə olunan xüsusiyyətlərdir.
Bütün ilahi dinlərdə xilaskarın zühuruna etiqad var. Bəşəriyyət yarandığı gündən xilaskarın gəlişinə və onun ədaləti bərpa edəcəyinə ümidlidir. Bu etiqada münasibətdə azğın firqələr meydana gəlmişdir.
Xilaskarın intizarında olan insan özünü islah etməlidir. Mömin o insandır ki, iman gətirib saleh işlər görür.
İntizarda olan (müntəzir) insanın əsas xüsusiyyətlərindən biri onun dünyada, cəmiyyətdə mövcud vəziyyətdən razı olmamasıdır. Burada şəxsi problemlərinə görə narazı insan nəzərdə tutulmur. İntizar çəkən insanı özünün yox, bəşəriyyətin problemləri narahat edir. İnsan o zaman narazı olur ki, ideal cəmiyyət haqqında təsəvvürü olsun.
İctimai-siyasi durumdan, ilahi normalar və meyarlardan agah olmayan insan necə intizar çəkər?! İnsan “cəmiyyət necə olmalıdır” sualının cavabını bilməsə mövcud vəziyyətdən nigaran olmaz. İmam Xomeyni (r) “Amerika İslamı” ifadəsini gündəmə gətirməklə Məhəmməd (s) İslamının çizgilərini çəkmiş oldu: biri mövcud vəziyyətlə barışmış İslam, o biri zülmə müqavimət göstərən İslam. İslam zülmə qarşıdır, İslam zülmlə barışmır, İslam ədalət tərəfdarıdır, İslam haqqı tapdanmış məzlum sinfi müdafiə edir. Bəs Amerika İslamı necəsir? Bu yolu seçənlər ədalətsizliklərə biganədirlər, İslamı mədəniyyət kimi qəbul edirlər, zalımlarla dostluğa maraq göstərirlər.
Xilaskarın zühuru yalnız ilahi qanunlar çərçivəsində gerçəkləşə bilər. Şiə məktəbi ardıcılının vəzifələrindən biri İmam Mehdinin (əc) zühuru üçün şərait yaratmaqdır. Həqiqi mömin fərd bu yolda özünün və cəmiyyətin islahına çalışmalı, eləcə də zühur üçün dua etməlidir.

Nur-az.com


1969 بازدید
در حال ارسال اطلاعات...