Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2015

Artıq İŞİD-in ömrünün sonu yaxındır!

Artıq dünya hegemonizmi, o cümlədən, beynəlmiləl sionizm Müqavimət cəbhəsinin önündə ardıcıl məğlubiyyətlərlə üzləşir
Nur-az.com-un mashregnews.ir-a istinadən:
Sepahın “Qüds” ordu generalı Qasim Sleymani Kirmanda İİR-ın qələbəsinin 36-cı ildönümü münasibəti ilə təşkil edilən mərasimdə inqilabın vəsfedilməz nailiyyətlərini nəzərə alaraq bildirib ki, artıq regionda ― Bəhreyn, İraq, Suriya, Yəmən və hətta şimali Afrikada belə İslam İnqilabının əlamətləri tamamilə müşahidə olunur. Artıq dünya hegemonizmi, o cümlədən, beynəlmiləl sionizm Müqavimət cəbhəsinin önündə ardıcıl məğlubiyyətlərlə üzləşir, İran İslam Respublikasının müqabilində aciz olduğunu günbəgün etiraf edirlər.

O, Hizbullahın son əməliyyatdakı sionizmə endirdiyi zərbə ilə əlaqədar deyib ki, Hizbullah hal-hazırda “Müqavimət”in ən parlaq rəmzlərindəndin və qəddar rejimin tam hazır vəziyyətdə olduğuna baxmayaraq hər hansı əməliyyatı həyata keçirməkdə nöqsana yol vermir.

Cənab general onu da bildirib ki, beynəlmiləl despotizmin əl atdığı son vasitə regionda təkfir-terrorizm atəşini yandırmaqla İslamın aydın simasını ləkələmək, müsəlmanlar arasında təfriqə salmaqdır. Bütün bunlara rəğmən, İŞİD-in və digər terrorist qruplarının İraqda və Suriyadakı son ardıcıl məğlubiyyətləri onların da ömrünün sonuna yaxınlaşdığını göstərir.


1191 بازدید
در حال ارسال اطلاعات...