Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 27 il ötür

Bu gün Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 27 il ötür. 1988-ci il fevralın 13-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olan Xankəndi şəhərinin Lenin meydanında ermənilərin ilk mitinqi keçirildi. Həmin mitinqdə ermənilər separat addımlarını rəsmiləşdirərək Azərbaycandan ayrıldıqlarını bəyan etdilər. Fevralın 20-də isə Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi bu ərazinin Ermənistanın tabeçiliyinə keçməsi tələbi ilə Azərbaycan rəhbərliyinə rəsmi müraciət göndərdi.

Bunun ardınca isə silahlı basqınlar və qarşıdurmalar təşkil edildi. Az sonra-fevralın 22-də erməni silahlıları Dağlıq Qarabağın Əsgəran şəhərində dinc aksiya keçirən Azərbaycan türklərini gülləbaran etdilər, 2 nəfər gənc öldürüldü,