Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

Adam oğlu adam ola

Bir-birindən pis adamlar,
bir-birindən nəs adamlar,
şərəfsiz, nakəs adamlar
bir-birini bəyənməz.

Allah deyən azad bəndə,
zülm önündə polad bəndə,
həsəd, qibtəyə yad bəndə,
mənəm deyib öyünməz.

Beş barmağın hərəsi bir,
yumruq sıxan görəsi bir,
şeytan qəlbə toxum səpir,
aşiq dərdə deyinməz.

Adam oğlu adam ola
yer tapılmaz qeylü-qala,
hərə payın ala-ala
cəng libası geyinməz

1damla.org