Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

Allah dostlarının düşmənləri

Bu adamlar özünü haqlı sayıb, ömrünün son anınadək Peyğmbəri öldürmək üçün çalışıb. Amma Allah Onu qoruyurdu
Allah yolunda qədəm götürən, yalnız Allah qanunlarına tabe olan, azğın rəftarlara etiraz edən insanların həmişə düşmənləri olub, bu gün də var. Peyğəmbər (s) və məsum imamların (ə) həyatı ilə tanış olduqda bu həqiqətə şübhə qalmır. Maraqlıdır, çoxları maska taxaraq, dindar libası geyərək din başçılarına qılınc sıyırmışlar. Əmirəlmömininin qatili İbn Mülcəm bunun bariz nümunəsidir. Demək, Quranda bəzi insanların içdən kor, kar, lal olduğunu oxuyanda düşünməməliyik ki, bu yalnız kafirlərə aiddir. Cəmiyyətdə özünə dindar görkəmi verən münafiqlər İslama daha ağır zərbə vurur.
Bəs həzrət Peyğəmbərin (s) düşmənləri kim olub? Dini mətnlərdə Peyğəmbərin (s) ən qatı düşmənlərinin adı çəkilir:

1.Əbu Ləhəb;
2.Əbu Süfyan ibn Haris;
3.Ütbə ibn Rəbiə;
4.Şeybə ibn Rəbiə (Ütbənin qardaşı);
5.Əqəbə ibn Əbi Muit;
6.Əbu Süfyan ibn Hərb;
7.Həkəm ibn Əbül-As;
8.Müaviyə ibn Müğeyrə;
9.Nəzr ibn Haris ibn Əlqəmə;
10.Əsvəd ibn Müttəlib;
11.Zəməə ibn Əsvəd;
12.Əbül-Bəxtəri;
13.Əsvəd ibn Əbd-Yəğus;
14.Əbu Cəhl;
15.As ibn Hişam;
16.Vəlid ibn Müğeyrə ibn Abdullah;
17.Əbu Qeys ibn Vəlid;
18.Əbu Qeys ibn Fakih ibn Müğeyrə;
19. Züheyr ibn Əbu Üməyyə (Peyğmbərin bibisi oğlu)
20.Əsvəd ibn Əbdül-Əsəd;
21.Seyfi ibn Saib;
22.As ibn Vail;
23.Haris ibn Ədi;
24.Münbə ibn Həccac;
25.Nəbih;
26.Üməyyə ibn Xələf;
27.Ubəyy ibn Xələf
28.Ənis ibn Muir;
29.Haris ibn Təlatələ;
30.Ədi ibn Həmra;
31.İbn Əsdi Həzli;
32.Təyimə ibn Ədi;
33.Haris ibn Amir;
34.Rəkanə ibn Əbd;
35.Hübeyrə ibn Əbi Vəhəb;
36.Əxnəs ibn Şəriq Səqəfi

Bu siyahını davam etdirmək olardı. Amma məqsəd şəxslər yox, şəxslərdə Allah sözünə dözümsüzlükdür. Bu adamlar özünü haqlı sayıb, ömrünün son anınadək Peyğmbəri öldürmək üçün çalışıb. Amma Allah Onu qoruyurdu. Qoruyurdu ki, bu gün bəşəriyyət ilahi təlimlərdən bəhrələnə bilsin.

Nur-az.com


1460 بازدید
در حال ارسال اطلاعات...