Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

Ustad Pənahiyan inqilabçı qalmaq haqqında

Bəzi şəxsiyyətlərin inqilab ideallarından uzaqlaşmasının səbəbi budur ki, fiqhin cəmiyyəti idarə etmək gücündə olmadığını güman edirlər
Cəbrailin təqdim etdiyi insanın da öz ideallarından üz çevirməsi mümkündür
İmam (r) tərəfindən seçilmiş şuranın həmişə inqilabçı qalacağını gözləməməliyik...

Ustad Pənahiyan inqilabçı ruhiyyənin davamlı olduğunu düşünməyi düzgün saymayaraq deyib: İlahi hökumətin qurulması və yaşaması üçün Allaha bağlılıq və fədakarlıq xüsusiyyətləri kifayət etmir. Buna görə də saleh və layiqli insanların xəttə olması barədə düşünməliyik... Bəzi şəxsiyyətlərin inqilab ideallarından uzaqlaşmasının səbəbi budur ki, fiqhin cəmiyyəti idarə etmək gücündə olmadığını güman edirlər.

598 şəbəkəsi müqəddəs Məşhəd şəhərində “Müqavimət fəqihlik üfüqündə” konfransında höccətülislam vəlmüslimin Əliriza Pənahiyanın çıxışını oxuculara təqdim edir. Şiə fiqhində müqavimətin yerinə həsr olunmuş konfransda elm hövzəsinin tanınmış ustadları iştirak edib.

Ustad Pənahiyan inqilabçılıq, inqilabçı qalmaq, dövlətçilikdə fiqhin yeri, ruhanilərin vəzifələri barədə danışarkən deyib:
İmam (r) tərəfindən seçilmiş şuranın inqilabçı qalacağını gözləməməliyik. Peyğəmbər (s) ikinci əqəbə müqaviləsində İslamı yenicə qəbul etmiş 70 mədinəli ilə görüşdü. Onlar beyətdən sonra Peyğəmbərə (s) hicrət təklif etdilər. Həzrət bu təklifi qəbul etdi. Hicrət etməzdən öncə həzrət hökumət qurmaq üçün təşkilati işlərə başladı. Buyurdu ki, aralarından 12 mötəbər şəxs seçsinlər. Onlar bu işi həzrətin görməsini istədilər. Cəbrail vəhy gətirdi, 12 nəfərin adı elan edildi.
Başçılar arasında siyasi fikir ayrılığı həmişə olub. Peyğəmbər (s) o zaman buyurdu ki, kimsə narahat olmasın və bu adamların adını Cəbrail ona təqdim edib. Bu hadisənin oxşarı inqilabımızda da baş verib. İmam (r) 12 bəhməndə İrana gəlməzdən qabaq inqilab şurasına 15 üzv təqdim edib. Cəbrail tərəfindən adı çəkilən 12 nəfər əvvəlki mövqeyində qalmadığı kimi İmam tərəfindən seçilmiş şura da inqilabçı mövqeyində qalmaya bilər. Bu adamları seçdiyi üçün İmamı qınamaq olmaz.
Həmin 12 nəfərdən 6-sı əqəbə müqaviləsi hadisəsində şəhadətə çatdı. Başqa biri birinci xəlifəyə ilk beyət edənlərdən idi. Bu şəxs həzrət Əlinin (ə) evinə hücumda, ondan beyət alınmasında da iştirak edib. Bütün bu hadisələrdə öz hörmətindən bəhrələnib. Demək, hətta Cəbrailin təqdim etdiyi insanın öz ideallarından üz çevirməsi mümkündür.
Vaxtımızı ideallara arxa çevirənlərə sərf etməyək. Dünyaya meyl, sadəlöhvlük, cəhalət ideallardan uzaqlaşmanın səbəbləridir. Xəvaric nə dünyapərəst idi, nə də münafiq. Onların azğınlığının səbəbi hazırda sadəlöhvlük adlandırdığımız nadanlıq idi.
Etiqad səbəbi də var. Bəzilərinin imanı zəifdir, nəyəsə inanırlar, nəyəsə yox. Biz vaxtımızı bu adamlara moizə-nəsihətə, onları geri qaytarmaq üçün sərf etməməliyik. Nəinki onlar barədə düşünməyə, hətta onlar haqqında danışmağa vaxt sərf etməməliyik. Sürət və iqtidarla ötüb-keçməliyik.
Əgər Əşəs imkan versəydi həzrət Əli (ə) xavaricin yanından ötüb-keçər, Müaviyənin üstünə gedərdi. Amma Əşəs yolu kəsmişdi. Deyirdi əvvəlcə xəvariclə söhbəti başa çatdır. Beləcə həzrət yenidən qoşun toplaya bilmədi. Nəticədə İbn Mülcəm həzrətin qatilinə çevrildi. Əgər həzrət Müaviyə ilə döyüşə başlasaydı xəvaric məsələsi aradan qalxa bilərdi.
Dövrümüzə qayıdanda görürük ki, 1388-ci il fitnələrində bəziləri xəvaric kimi rəftar etdi. Cənab Rəhbər fitnədən sonrakı cümə namazında bu adamlardan ötüb-keçdi.
Tarixi hadisələr İslam İnqilabında baş vermiş hadisələrə bənzəyir. 88-ci ildə xəvaricəbənzər bir qrup ölkəyə müdiriyyətdə sabitliyi pozmağa şalışdı. Amma İslam nizamı bu maneələrdən ötüb-keçə bildi.
Cənab Rəhbər 88-ci il fitnəsindən sonra ilk seçkilərdə bu manelərdən bir neçə kəlmə ilə ötüb-keçdi. Misir xalqına müraciətlə ərəbcə məşhur xütbəsini oxudu. Mən o zaman da hiss etdim ki, Rəhbər bu manelərdən ötüb irəli gedir və biz özümüzü ona çatdırmalıyıq. İndi Avropanın ürəyində iş aparır. Təkbaşına irəli gedir və bütün dünya boyu cəbhə açır. İnsaf deyil ki, biz nadanlıq torunda ilişib qalanlarla məşğul olaq.
Əgər bu gün müqavimətdən danışırıqsa, irəli getməliyik. Ardıcıl müqavimət üçün Quranın Hud surəsində Peyğəmbərə (s) buyuruğunu rəhbər tutmalıyıq. Ayədə buyurulur ki, sənə əmr edildiyi kimi möhkəm dayan.
Hazırkı təlim-tərbiyə işlərinə baxanda mövcud dindarlıqdan razı qalmalıyıq. İlahi hökumətin qurulması və yaşaması üçün Allaha bağlılıq və fədakarlıq xüsusiyyətləri kifayət etmir. Buna görə də saleh və layiqli insanların xəttə olması barədə düşünməliyik.
Tutaq ki, Avropa gəncləri peşman olub yola gəldilər və sual verməyə başladılar. Bilməliyik ki, onların sualları bu gün mətbuatdakı suallar olmayacaq. Onlar fiqhin idarəçilik sahəsinə baxışları barədə soruşacaqlar.
İnqilabçılıq divarlardakı şüarlardır, yoxsa uşaq bağçalarında icra ediləsi proqramlar? Hövzənin elmi müəssisələri İmam Sadiqin (ə) müəyyənləşdirdiyi 3 kurs 7 illik təhsil proqramına malikdirmi? Deməliyik ki, heç bir proqram yoxdur.
Təəssüf ki, belə bir şəraitdə tələbə inqilabçılıq iddiasında olmamalıdır. Bu gün cəmiyyətimizdəki dindarlığa görə Allaha şükür etməliyik. Siz təlim-tərbiyə sahəsində neçə nəsil yetişdirmisiniz? Ən az iş tərbiyə sahəsində görülüb. Təlim-tərbiyə sistemi bir-iki dini maarif kitabından ibarət deyil.

Ustad Pənahiyan ailə hüququ nizamının əhəmiyyətini vurğulayaraq deyib:
Bir din alimi deyir ki, bir sıra qanunları Fransa və İngiltərə qanunçuluğundan götürüb. Bu qanunları İslam Şura Məclisində qismən dəyişərək qəbul ediblər. Bu qanunlar sekulyar, liberal düşüncə məhsuludur. Qərb etiraf edir ki, ailə institutu böhran yaşayır. Biz din alimləri isə onların qanunlarından istifadə edirik!!
İslam fiqhinin açıq qoyduğu yollardan sui-istifadə edilir. Bu əsasla qanunçuluq sahəsində iş görməmişik. Belə bir vəziyyətdə inqilabçılıq ruhiyyəsi gözləyirik!!
Əgər müqəddəs müdafiədən nümunə götürmək istəyiriksə, baxmalıyıq ki, şəhid Boronsidən hansı təlim-tərbiyə nizamı öyrənmişik? Bu nümunələr sərhədlərimizi aşmalı, ön cəbhədə dayananlara çatdırılmalıdır. Əks-təqdirdə kimsəyə etiraz etmək haqqımız yoxdur.
Fiqh dövlətçiliyə, idarəçiliyə daxil olmalıdır. Bu işə İmam başladı. Fiqh əsasında, vilayəti-fəqih sayəsində bir üsul-idarə ortaya qoydu. Bu dini demokratiya idi. Biz İmamın bu işini davam etdirməmişik.
Cənab Rəhbər bu mövzuda yenicə danışdığından hələ ki addım atılmayıb. Təəssüf ki, bu yolda nə İmamın işini davam etirdik, nə də Cənab Rəhbərin tövsiyələrini yerinə yetirdik. Məsələn, Rəhbər 1370-ci ildə dərsi-xaric tədrisində buyurub: “Din və siyasətin vəhdəti mövzunu araşdırın. Çünki dinin siyasətdən ayrı olması fikrinin kökü hələ ki qazılmayıb. Təəssüf, hələ də bəzi elm hövzələrində belə bir baxış var ki, hövzə əhli öz işini görməlidir, siyasət əhli öz işini. Siyasətin dindən qidalanması hələ hövzələrdə oturuşmamış baxışdır. ”
Ustad Pənahiyan Cənab Rəhbərin fiqhi fərd yox, dövlətin idarəçiliyində əsas saymasını yada salaraq deyib:
Cənab Rəhbər 1364-cü ildə buyurub ki, bu vaxta qədərki fiqhi araşdırmalarda fiqhin idarəçilik funksiyası kölgədə qalıb və fiqhin hakimiyyəti üçün ibtidai hökmlərdən ali hökmlərə qədər çıxarışlar edilməlidir.
Bu gün hövzə hicabsızlıq, açıq-saçıqlığa həssaslıqla yanaşır. Hansı ki təlim-tərbiyə sisteminə biganəlik göstərilir. Hicabsızlıq isə təlim-tərbiyə sisteminin yetərsizliyinin məhsuludur.
Biz təlim-tərbiyə sahəsində zəiflik göstərmişik. Buna görə də İslam cəmiyyətində yaşayan gənclər kökü İslam olmayan təhsil sistemində tərbiyə edilir. Hövzə cavab verə bilərmi ki, cəmiyyətdə ümumi təhsil müddəti neçə il olmalıdır? 12 il təhsilin qəbulu üçün əqli və şəri dəlilimiz varmı?
Əgər ailə və təlim-tərbiyə sistemi islah edilsə, qərbin zəhərli təbliğatı təsirli olarmı? Bəzən etiraz etdiyimiz kino istehsalçıları bizim təhsil ocaqlarında tərbiyə alıb. Halal-haramı demək ölkənin idarə oluması üçün bəs edirmi?! Bu vəziyyətdə inqilabçı ruhiyyənin yaşamasını gözləyirik.
Əgər qərbli gənclər soruşsa ki, nə üçün sizin uşaq bağçaları bizimkinə bənzəyir, cavabımız nə olacaq? İslamda uşaqların tərbiyəsinə aid proqram yoxdur? Şəhidlərin həyatından, onların övladları ilə rabitədən çıxarışlar edilməlidir. Siz ailə uşaqla necə rəftar edirsiniz? Şəhidlərin xatirələrindən öyrənmək lazımdır.
Bəzi şəxsiyyətlərin inqilab ideallarından uzaqlaşmasının səbəbi budur ki, fiqhin cəmiyyəti idarə etmək gücündə olmadığını güman edirlər.

Vilayet.nur-az.com


1378 بازدید
در حال ارسال اطلاعات...