Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

İnqilabımız sünni-şiə yox, İslam inqilabıdır!

Livanlı müxbirin Parisdə İmam Xomeyni (ə) ilə görüşü
Livanlı müxbir Əsəd Heydər İmam Xomeyni Parisdə sürgündə olduğu zaman onunla görüşür və İmamdan müsahibə ala bilir. İmam buyurur: Xalq şahı devirəndən sonra onun azadlığı təzmin edildi və artıq hamı ilə danışıqlara hazırıq...
Əsəd Heydəri Parisdə İmamla görüşə və ondan müsahibə almağa müvəffəq olmuş nadir müxbirlərdəndir. Əsəd Heydərinin imam haqqında bu günə qədər qəlbində saxladığı xatirələr var. Müxbir iftixarla deyir ki, İmamdan müsahibə alması onu riya və lovğalıqdan uzaqlaşdırıb. Əvvəlcə Fars News Agency şəbəkəsi ilə söhbətə razılıq verməyən müxbir, sonradan deyib: İmamla müsahibədən sonra olsun ki ilk dəfədir həmin mövzuya qayıdıram. Çünki bu müsahibədən sonra Əlmüstəqbəl qəzetində fikir ayrılıqları ortaya çıxdı.
Nəhayət müxtəsər sualları cavablandırmağa razılıq verən Əsəd Heydəri İmam Parisə daxil olan ilk günlərdə onunla görüşə bilən ilk müxbirlərdəndir.
Sual: Bu müsahibə üçün necə razılıq aldınız? Bundan ötrü kimlərlə görüşdünüz?
Əsəd Heydəri:
Mərhum livanlı ruhani Hani Fəhs bizi inandırdı ki, bu müsahibə olduqca əhəmiyyətlidir. Dedi ki, İmama hörmətsilk göstərmiş Səddam bütün ərəbləri təmsil etmir. Bundan əlavə, İmam İran şahına qarşıdır, Fələstini himayə edir. Beləcə livanlı bir qrupla Nofel Luşakoya getdik. İmam ikinci gün idi oraya çatmışdı.
Parisə çatandan bir gün sonra İmamın görüşünə getdik, onun söhbətlərini dinlədik. Həmin gündən başlayaraq hər gün görüşə gedirdik. Bu minvalla Seyid Əhməd, Seyid Hüseyn Xomeyni, cənab Möhtəşəmi ilə tanış olduq. İmamla müsahibəyə gedəndə artıq o məni tanıyırdı. 1978-ci il oktyabrın əvvəllərində İmamla müsahibə Livanın Əl-Müstəqbəl nəşriyyəsində çap edildi.
Sonra İmamın tapşırığı ilə Seyid Hüseyn Xomeyni və Möhtəşəmi mənimlə görüşüb, mətbuatın tanınmış ərəb simalar barədə münasibətini soruşdular. Bu görüşlərdə misirli qəzetçi Məhəmməd Həsəneyn Heykəl, sudanlı siyasətçi Sadiq Əl-Mehdi ilə şəkil çəkdirdik.
Sual: Müsahibənin mövzusu nə idi?
Əsəd Heydəri:
İmam buyurdu ki, dua edirəm Livana sülh qayıtsın, eləcə də Fələstin fələstinlilərə qaytarılsın. Mən Amerika ilə danışıqlar barədə soruşanda buyurdu ki, xalq şahı devirəndən sonra onun azadlığı təzmin edildi və artıq hamı ilə danışıqlara hazırıq.
İmamın şahı devirmək məsələsində əzmkarlığı məni heyrətə gətirmişdi. Həsəneyn Heykəl soruşdu ki, Əl-Xalidun (Dirçəliş Partyası) məsələyə müdaxilə etsə qərarınız nə olacaq? İmam buyurdu ki, qılınclar qana qərq olana qədər vuraşacağıq.
İmam buyurdu ki, inqilabımız sünni-şiə yox, İslam inqilabıdır! Bu bəyanat ərəb millətləri ilə anlaşma üçün çox təsirli idi.
Sual: Siz mühüm şəxsiyyətlərə görüşmüsünüz. İmamın həyat tərsi, yaşayış səviyyəsi barədə nə deyə bilərsiniz?
Əsəd Heydəri:
İmam çox sadə yaşayırdı. Müxbirlərlə, tanınmış simalarla az görüşürdü. Çoxsaylı ərəb şəxsiyyətlərdən onunla görüşə bilənlər arasında Həsəneyn Heykəl və Sadiq Əl-Mehdinin adını çəkə bilərəm.

Vilayet.nur-az.com


1265 بازدید
در حال ارسال اطلاعات...