Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

“Mömin qardaşın üzünə təbəssümlə baxmaq ibadətdir”

“Sileyi-rəhim ömrü uzadır, yoxsulluğu aradan qaldırır.” “Əgər insanlar qohumluq əlaqələrini qırsalar, sərvətlər şər adamların əlinə düşər.”
İslamın gözəl adətlərindən, insanlıq təlimlərindən, mərifət göstəricilərindən biri də “sileyi-rəhim”, yəni münasib vaxtlarda, bayran günlərində qohumları yoxlamaq, onların görüşünə getmək, hal-əhval tutmaqdır. Yeni il bayramı belə görüçlər üçün gözəl fürsətdir. Sileyi-rəhim cəmiyyətin təkbətək fərdləri üçün olduqca faydalıdır.
Məsumların buyuruqlarına, düşüncə sahiblərinin sözlərinə baxdıqda sileyi-rəhimin necə xeyirli bir əməl olduğuna şübhə qalmır. Möminləri, qohum-əqrəbanı, qonşuları yada salmaq, onların dərdlərinə şərik olmaq fərdi və ictimai həyatda misilsiz faydalara